backend

Azərbaycanda siqaret daha da kəskin ucuzlaşacaq – YENİLƏNİB

Azərbaycanda siqaret daha da kəskin ucuzlaşacaq – YENİLƏNİB  Azərbaycanda müəyyən siqaretlərin qiymətlərinin ucuzlaşması prosesi digər növ tütün məmulatlarını da əhatə edəcək. QAYNARXETT.İNFO xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın ən iri tütün məmulatları istehsalçısı “European Tobacco Baku”nun idarə heyətinin sədri Rüfət Quliyev bildirib. Onun sözlərinə görə, bəzi siqaret markalarının qiymətlərinin enməsi onlara tələbatın azalması ilə əlaqədardır. “Bu siqaretlər yetərincə bahadır və onlara olan tələbatın azalması nəticəsində qiymət ucuzlaşır. Əgər siqaretlərə olan tələbat azalarsa, bu proses davam edə bilər. Bu, bazar iqtisadiyyatının qanunudur. Tələbat azalırsa, təklif də azalır. Bu yalnız siqaretə aid deyil, istənilən məmulatlara da aiddir. Azərbaycanda liberal iqtisadiyyat mövcuddur, ona görə də satıcılar, tələbatın azaldığı üçün qiymətləri ucuzlaşdırırlar”, - o deyib.
DUNƏN Azərbaycanda bəzi siqaret markalarının qiyməti enib. “Japan Tobacco International” şirkətindən "APA-Economics"ə verilən məlumata görə, bu gündən “Winston”, “Sobranie” və “Camel” markalı siqaretlərin qiymətində azalma baş verib. Bundan başqa, şirkətin istehlakçılarına təklif etdiyi “More” markalı siqaret 2 həftə öncə 1,20 manata qədər ucuzlaşıb. Şirkət rəsmisi bildirib ki, “Whinston” markalı siqaretin qiyməti 3,30 manatdan 2,80 manata, “Sobranie” (böyük) 7 manatdan 5 manata, “Camel” 3,50 manatdan 3 manatadək enib. “Ucuzlaşmaya səbəblərdən biri tələbatın azalmasıdır. Bununla yanaşı, bahalaşmadan sonra bazarda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin sayı artdı. Bunun qarşısını almaq üçün bu addımı atmalı olduq”, - deyə şirkət rəsmisi qeyd edib. Qeyd edək ki, siqaretlərin bahalaşmasından sonra əhali qiyməti nisbətən baha olan tütün markalarını digərləri, daha ucuzları ilə əvəzləyib. Bu isə öz növbəsində bahalı siqaret markalarına tələbatın kəskin azalması ilə nəticələnib