O, mağazadan 50 min rubl aparıb.
Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları intim mağazanın satıcısını zorlayan oğrunu saxlayıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq məlumat Rusiya İstintaq Komitəsinin Moskva İdarəsinin rəsmi saytında yerləşdirilib.
Həbs edilən 1984-cü il təvəllüdlü kişiyə qarşı iki maddə üzrə cinayət işi qarldırılıb: “Seksual xarakterli zorakılıq hərəkətləri” və “Oğurluq”.
İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs fevralın 7-də Moskvanın şərqində yerləşən seks-şopa gəlib. O, mağazanın 27 yaşlı işçisini tapança ilə hədələyərək zorlayıb və kassadan 50 min rubl aparıb.