backend

ABŞ-da 50 avtomobil toqquşdu: 3 ölü

ABŞ-da 50 avtomobil toqquşdu: 3 ölü

Amerikanın Pensilvaniya ştatında zəncirvari avtomobil qəzası baş verib.

Muavat.com xəbər verir ki, bu barədə məlumat TASS agentliyində yer alıb.

Məlumata görə, avtomaqistral yolunda 50-dən çox avtomobil toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində üç nəfər həlak olub, bir neçə həfər isə yaralanıb.

Yolda hərəkət hər iki istiqamətə dayandırılıb.

Hadisə yerinə YPX əməkdaşları və yanğınsöndürən briqadası cəlb olunub.