backend

Azərbaycanlı rəqqasə ad gününü hamamda qeyd edir - FOTOLAR

Azərbaycanlı rəqqasə ad gününü hamamda qeyd edir - FOTOLAR
Bu gün oriyental rəqqasə, Renka təxəllüslü Rəna Ağamuradovanın 31 yaşı tamam olur. Primetime.az-ın əməkdaşı doğum günündə Renka ilə əlaqə saxlayıb.

Rəqqasə bildirib ki, bu saatlarda başlayacaq ad gününu çox fərqli şəkildə təşkil edəcək: "Qızlarla hamamda yığışırıq. Ad günümü orada qeyd edəcəyəm. Rəfiqələrim eşidəndə ki, bu özəl günümü hamamda qeyd edəcəyəm, sevindilər. Çünki nə paltar axtarışına çıxacaqlar, nə də bəzənəcəklər".

Söhbət zamanı səbəbkar səhnəyə çıxmamışdan öncə 7 il saç ustası işlədiyini də etiraf edib: "Həyatda iki sevdiyim peşə var, biri saç ustası, digəri rəqqasə. Saç ustası olaraq çalışıb, həvəsimi öldürə bildim. Rəqqasəliyə sevgi ilə yanaşı həm də ehtiyac ucabatından gəlmişəm".

Rəna 1985-ci ilin 14 fevralında Rusiyanın Yekaterinbuqr şəhərində dünyaya göz açıb. O, Azərbaycan Maliyyə-İqtisad Kollecinin Gömrük fakültəsinin məzunudur.
Azərbaycanlı rəqqasə ad gününü hamamda qeyd edir - FOTOLAR
Azərbaycanlı rəqqasə ad gününü hamamda qeyd edir - FOTOLAR