backend

Bakıda 36 yaşlı kişidən 10 yaşlı xalası qızına qarşı əxlaqsız hərəkət f

Bakıda 36 yaşlı kişidən 10 yaşlı xalası qızına qarşı əxlaqsız hərəkət f
Bakının Sabunçu rayonunda 10 yaşlı qıza təcavüz edilib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində evlərdən birində baş verib. Həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü Samirə Mehdiyeva (ad və soyad şərti verilib) xalası oğlu, 1980-ci il təvəllüdlü Kamil Əliyev tərəfindən təcavüz edilib. Nəsimi rayonunda yaşayan Kamil Əliyev xalasının evinə qonaq gəlib. Gecəni xalası evində qalan Kamil Əliyev gecə saat 03.30 radələrində xalası qızına qarşı seksual xarakterli hərəkətlər edib. Ertəsi gün Kamil Əliyev xalasının evini tərk edib. Yuxudan oyanan azyaşlı qız baş verənlərlə bağlı anasına danışıb. Qızın valideynləri baş verən hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə ərizə ilə müraciət edib. Bölmədə toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Sabunçu Rayon Prokurorluğuna göndəriləcək.