backend

NÖVBƏ KİMİNDİR-- Kəmaləddin Heydərov təlaş içində

NÖVBƏ KİMİNDİR-- Kəmaləddin Heydərov təlaş içində
Azərbaycan hakimiyyətində təmsil olunan ən güclü oliqarx-nazirlərdən biri, hazırda FHN-ə rəhbərlik edən Kəmaləddin Heydərovun MTN olaylarından sonra gözü qorxmağa başlayıb. Çatan məlumata oda bildirilir ki, nazir bununla bağlı qəti tapşırıqlar verib və təxirəsalınmaz tədbirlər görülməsini istəyib.
Məlumatda vurğulanır ki, Heydərovu narahat edən əsas məsələ tabeçiliyində və ya təsiri altında olan icra başçılarının sabiq MTN şefi ilə əlaqəli ola biləcəkləridir. FHN şefi düşünür ki, əgər belə bir əlaqə ortaya çıxarsa, proses onun da rəhbəri olduğu nazirliyə sıçrayacaq. Daxil olan məlumatda vurğulanır ki, Kəmaləddin Heydərovun dəyişmək istədiyi komanda üzvlərinin əksəriyyəti icra başçılarıdır. Bununla bağlı iddia edilir ki, ən çox təhlükə gözləyən iki rayon rəhbəri var. Onlardan biri Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov və Astaranın icra başçısı Qəzənfər Ağayevdir.
Mənbənin sözlərinə görə, istər Mikayılov, istərsə də Ağayev faktiki olaraq işə çıxsalar da, dövlət başçısının işdən çıxarmaqla bağlı sərəncamlarını gözləyirlər. Mənbə israrlarımıza baxmayaraq, hər iki başçısının sabiq MTN şefi ilə əlaqəli olduqlarına görə, tədirgin düşdükləri heç bir məlumat vermədi.
Qeyd edək ki, Astaranın icra başçısı Qəzənfər Ağayevi yerində tapmaq çətin məsələdir. Onun mütəmadi olaraq Bakıda olduğu və rayonu da bir çox hallarda uzaqdan idarə etdiyi deyilir.
Süleyman Mikayılova gəldikdə isə onun vəziyyəti hələ Avropa Yay Oyunları ərəfəsində çətin idi. Verilən məlumata görə, idman yarışları üçün xərclənən pullarla bağlı Qaradağın icra başçısının başının ağrıyacatı gözləyirdi.
Başqa bir məlumata görə, Eldar Mahmudov vəzifəsini itirdikdən sora Kamaləddin Heydərovda təlaşa düşüb. Eldar Mahmudovla sıx əlaqələri olan bəstəkar nazir MTN-nın “qara kassası”na dəfələrlə milyonlarla pul verib. Sadiq dostluq andi içən FH şefi pis və yaxşı gündə bir, birinə dəstək olacaqları iddia olunan məlumatda hətta ziyafətlərdə E.Mahmudovsuz əyləşməyən tez onu axtaran Kamaləddin Heydərovda vəzifəsini itirmək həddindədi. Verilən məlumatda Eldar Mahmudovun istəyi baş tutacağı halda yüksək post əldə etmək niyyəti kerçək olacağı zaman iqtidar komandasında yer alan düşmənlərini yerlə yeksan edib yeni komanda yaradılacağı bildirilir. Amma nə oldu Eldar Mahmudov işdən çıxarılaraq həbs təhlükəsindədir. İstəklər və hayallar yerə düşərək çiliyləndi. Dosları kimi Heydərovda canı ilə əlləşir. Məlumata görə prezidentə minnətçi salan Heydərov neçə gündü tövbə edir. Lakin, ölkə başçısı onu bu əməllərini bağışlaması sual altındadır. Mənbə bildirir ki, hadisələr Heydərovun xeyrinə həll olunarsa, o bunu müqabilində bir neçə malikanədən və sahib olduğu tanınmış holdinqdən imtina etməyə hazır olduğunu bildirib.
Ən son məlumatda isə bildirilir ki, olanlara aydınlıq gətirmək istəyən Heydərov prezidentlə görüşmək istəməsi ölkə başçısı tərəfindən rədd edilib. demək bu xamır hələ çox su aparacaq… (Azerinews.tv)