backend

Turan Ordusundan Rusiyaya PKK dərsi

Turan Ordusundan Rusiyaya PKK dərsi
Turan Ordusu adlı kiber qrup PKK və digər terror təşkilatlarına dəstək verən bəzi Rusiya saytlarına hücum həyata keçirib.

Axar.az xəbər verir ki, kiber hücum PKK-ya qarşı əməliyyat aparan zaman şəhid olan hərbçi Uğur Taşçının şərəfinə təşkil edilib.

Skorski adlı hakerin başçılığı ilə aparılan kiber hücumlar nəticəsində Rusiyanın bəzi saytlarında Osmanlı marşları səsləndirilib. Həmçinin şəhid Uğur Taşçının və Türkiyə bayrağının fotoları monitorda əks olunub.

Məsələ ilə bağlı açıqlama verən Turan Ordusunun hakeri rusların PKK, PYD və YPG-yə dəstək verməsinə etiraz əlaməti olaraq belə addım atıldığını açıqlayıb.

Xatırladaq ki, Turan Ordusu adlı kiber qruplaşma "Türk Hak Tim"in başçılığı ilə yaradılıb.

Turan Ordusunun tərkibində müxtəlif türk dövlətlərindən olan hakerlər fəaliyyət göstərir.