backend

Məhkəmə istintaqı jurnalistin günahsız olduğunu isbat edir, amma...

Məhkəmə istintaqı jurnalistin günahsız olduğunu isbat edir, amma...

Cavid Şirəliyevə qarşı qaldırılmış cinayət işində göstərilən heç bir məlumat təsdiqini tapmır, lakin onu hələ də həbsdə saxlayırlar

Xəbər verildiyi kimi, “7 Gün” İnformasiya Agentliyinin (7gun.az) baş redaktoru, hüquq müdafiəçisi Cavid Şirəliyevin aprelin 8-də sonuncu məhkəmə prosesi keçiriləcək. Qondarma ittihamlarla həbs olunmuş jurnalistə qarşı qaldılmış cinayət işində kifayət qədər qüsurlar var. Politika.Az bildirir ki, bu barədə jam.az-a hüquq müdafiəçisinin vəkili məlumat verib.

O bildirib ki, indiyə qədər Gəncə Ağır Cinayətlərə Dair Məhkəməsində hakim Mübariz Məmmədovun rəhbərliyi ilə keçirilmiş məhkəmə proseslərində ittiham aktında qeyd olunan “fakt”ların heç biri təsdiqini tapmayıb. Belə ki, məhkəmə araşdırması zamanı məlum olub ki, Cavid Şirəliyevlə birgə, guya, daha bir neçə nəfər birləşərək Qazax rayonunda fəaliyyət göstərdiyi iddia olunan obyektdən pul tələb ediblər. Lakin məlum olub ki, cinayət işində adı çəkilən şəxslər qeyd olunan tarixdə həbsxanada olub. Üstəlik, cinayət işində göstərilən tarixdə həbsxananın “kars”na salınıb. “Qanuna görə, “kars”a salınmış şəxs 1 ay müddətində yaxınları ilə belə görüşə bilməz. Həbsdə olan şəxs necə ola bilər ki, azadlıqda olan adamla birlikdə hansısa obyektdən haqq istəsin? Bu istintaqın birinci ciddi qüuru və səhvidir”.

Vəkil ikinci qüsur kimi, Vergilər Nazirliyinin göndərdiyi məktubdakı məlumatla istintaqın gəldiyi qənaət arasındakı fərqliliyi diqqət mərkəzinə çəkib. “Cavidin şəxsən göndərdiyi sorğuya əsasən Vergilər Nazirliyi məlumat verib ki, Qazax rayonunda qeyd olunan obyekt fəaliyyət göstərmir. Həmçinin digər mətləblər də məhkəmə istintaqı zamanı təsdiqini tapmayıb. Məsələn, istintaqda adı keçən şəxslərlər Cavidin telefon danışıqları aparması da təsdiqlənməyib”.

O qeyd edir ki, istintaq tamamilə qondarmadır və Cavid Şirəliyevə qarşı qaldılmış cinyaət işi ləğv olunmalıdır. “Cavid Şirəliyev günahsızdır və dərhal azad edilməlidir. Onun haqqında qaldırılmış cinyaət işi də qondarmadır”.

Lakin gedişatdan belə başa düşülür ki, jurnalistlə bağlı gendən məhkəmə prosesinin sonunda günahsız olsa da, ona iş kəsiləcək. Açıqlama verən Şirəliyevin anası Zahidə Şirəliyeva bildirib ki, məhkəmənin hakimi də təsdiq edir ki, oğlu günahsızdır. “Amma mənə maraqlıdır ki, hakim hansı marağı güdərək Cavidə iş kəsmək istəyir? Bu ədalətsizlikdir. Haqsızlıqdır. Oğluma qarşı qaldılmış cinayət işi ləğv olunmalı və azadlığa buraxılmalıdır”.

qaynarxett.az