backend

Müğənnidən Əli Kərimlinin evi qarşısına toplaşanlara çətin suallar

Müğənnidən Əli Kərimlinin evi qarşısına toplaşanlara çətin suallar
Hakimiyyətin AXCP sədri Əli Kərimliyə qarşı təşkil etdiyi təxribatlar cəmiyyət tərəfindən birmənalı qarşılanır. Azərbaycan cəmiyyəti bu çirkin kampaniyanı lənətləyir. Bu dəfə tanınmış müğənni Qismət Məmmədzadə Əli Kərimlinin evi qarşısına toplaşanlara maraqlı suallar ünvanlayıb. Müğənni çirkin kampaniya iştirakçılarından soruşur:

“Əli bəyi guya ermənipərəstlikdə, vətənə xəyanətdə suçlayaraq evinin qarşısında aksiya keçirən hakimiyyət qulları, qurbanı olduğunuz hakimiyyət, Avropa Oyunlarında erməniləri Bakıya gətirəndə, erməni bayrağını Bakıda dalğalandıranda, gəncləri onlara qulluq etməyə məcbur edəndə, sonda hər erməniyə 36 min dollar verib yola salanda, o saxta “qeyrət” damarınız haranızda idi?”