backend

Ziya Məmmədov erası rəsmən bitib

Ziya Məmmədov erası rəsmən bitib
Nəqliyyat Nazirliyinin ləğvi barədə sənədlər artıq hazırdır

Nəqliyyat Nazirliyinin ləğvi ilə bağlı sənədlər artıq hazırdır. Bu barədə redaksiyamıza Nəqliyyat Nazirliyindəki mənbə məlumat verib. Məlumata görə, artıq bu qurumda yüksək post tutan şəxslərə əşyalarını yığışdırmaq tapşırılıb. Mənbə bildirir ki, yaxın günlərdə Nəqliyyat Nazirliyinin ləğvi elan olunacaq. Bəs nəqliyyat naziri Ziya Məmmədovun taleyi necə olacaq? Mənbə bu barədə dəqiq bilgiyə malik deyil.

Bununla belə Ziya Məmmədovun hansısa vəzifəyə təyin olunacağı inandırıcı görünmür. Çünki artıq Ziya Məmmədovu tədbirlərə belə dəvət etmirlər. Məsələn, ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tong dünən Azərbaycana səfəri çərçivəsində Ələtdə tikilməkdə olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edib.


Limandan Oxu.Az-a verilən məlumata görə, səfərin məqsədi Yeni Bakı Limanının fəaliyyəti, o cümlədən Limanın imkanları və gələcək planları barədə müzakirələr aparmaq olub.

Qeyd edək ki, Bakı Beynəlxalq Limanı hələ ki, Nəqliyyat Nazirliyinə tabedir. Lakin Kurt Tongun limanla tanışlığı zamanı Ziya Məmmədov gözə dəyməyib.

qaynarxett.az