backend

“Mayın 9-da müharibə yenidən başlanacaq” – Kəşfiyyat

“Mayın 9-da müharibə yenidən başlanacaq” – Kəşfiyyat
“Rusiya qoşunlarının komandanlığı 9 may Qələbə Günü ərəfəsində Donbasda döyüş əməliyyatlarına başlamağı planlaşdırır”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsindən bildirilib.

“Mayın 9-da Donbasda Ukrayna ordusunun mövqelərinə hücumu planlaşdırılır. Döyüşçülər “DXR”in silahlı birləşmələrinin gücünü və “əhəmiyyətli nailiyyətləri”ni nümayiş etdirmək istəyirlər. Donetsk istiqamətində hücum xarakterli döyüş əməliyyatlarının həyata keçirilməsi, həmçinin Mariupol istiqamətində hücum variantlarına baxılır”, - Ukrayna hərbi kəşfiyyatından xəbərdarlıq edilib.