backend

TANIŞ OLUN: DAHA BİR VƏTƏN XAİNİ - "Mən əclafam" əsərinin müəllifi İravanda nələr elədi...

TANIŞ OLUN: DAHA BİR VƏTƏN XAİNİ - "Mən əclafam" əsərinin müəllifi İravanda nələr elədi...
İrəvanda “Qarabağ münaqişəsi: tarix və çağdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Rusiya, Ermənistan və qondarma “DQR” təmsilçiləri iştirak ediblər

Iclasda Azərbaycanın ən qatı düşmənləri toplaşıblar. Erməni tarixçi, Azərbaycana qarşı nifrət püskürən yazıları ilə Anton Yevstratov, sabiq müdafiə naziri Vaqarşaq Arutunyan, separatçı “Talışların Milli Dirçəlişi” təşkilatının sədri Fəxrəddin Aboszadə konfransda çıxış edərək Azərbaycana nifrət dolu çıxışlar ediblər. F. Aboszadə talış və Qarabağ ermənilərini eyni taleyi yaşayan və Azərbaycanın zülmünə qarşı savaşan xalqlar kimi təqdim edib. “Biz Arsax xalqını tam müdafiə edirik”,- deyən F.Aboszadə rəsmi Bakını hədələməyi də unutmayıb.

Toplantıda çıxış edən jurnalist, ateist , hazırda İsveçrədə yaşayan Ələkbər Əliyev bildirib ki, Azərbaycanda KİV millətçiliyi təbliğ edir. Azərbaycanın Qarabağla bağlı hərbi əməliyyatlarını pisləyən Ə. Əliyev Azərbaycan siyasi elitası və prezidentini təhqir edib. Ələkbər Əliyev utanmadan İlham Əliyevin Xankəndini "yer üzündən silmək" istədiyini, İrəvana torpaq iddiası etdiyini deyib. "Qarabağda son savaş gedəndə mənim arvadım ağlayırdı. Ona görə yox ki, bu savaşda azərbaycanlılar da ölürdü, ona görə ki, savaşda insan ölürdü " deyə "Mən əclafam" əsərinin müəllifi Ələkbər Əliyev İrəvanda əclaflığın son nöqtəsini qoyub.



Qaynarxett.az