backend

SON DƏQİQƏ: Gəncədə vəziyyət gərgin olaraq qalır - Həbs edilənlər var - YENİLƏNİR

SON DƏQİQƏ: Gəncədə vəziyyət gərgin olaraq qalır - Həbs edilənlər var - YENİLƏNİR
"Gəncə şəhərində yeni parkın tikintisi ilə əlaqədar, plana düşən evlərin sakinləri ilə şəhər rəhbərliyi arasında gərginlik yaşanır".

Bu barədə məlumatı Qaynarinfo.Az-a sakinlər verib.

Sakinlər bildirir ki, heç bir təzminat ödənmədən onların kirəyə çıxmasını tələb edirlər.

Qaynarinfo.Az-la əlaqə saxlayan Gəncə şəhər Həsən Əliyev küçəsində yaşayan Ramilə Abdullayeva bildirib ki onlara qarşı olan polis təzyiqi davam edir.

Ramilə Abdullayevanın sözlərinə görə, polislər qonşuların gözü qabağında onun həyat yoldaşını sürüyə-sürüyə idarəyə aparıblar:"Polislərin fiziki təzyiqi nəticəsində yoldaşımın qolu qırıldı. Polis təzyiq edir ki, evimizin sökülmə aktına qol çəkək. O sənəddə də göstərilib ki "evi sizə verib kirəyə çıxmağa razıyam". Yoldaşım Abdullayev İlqar hazırda polis bölməsindədir.
SON DƏQİQƏ: Gəncədə vəziyyət gərgin olaraq qalır - Həbs edilənlər var - YENİLƏNİR