Bakının tanınmış restoranında qan töküldü

hadise 3-09-2014, 15:14
Bakının tanınmış restoranında qan töküldü

Ən azı iki nəfərin bıçaqlanaraq yaralandığı bildirilir.

Bakının Binəqədi rayonu ərazisində tanınmış restoranlardan birində kütləvi dava olub.

qaynarxett.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, müştərilərlə restoranın mühafizəçiləri arasında baş verən insident zamanı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Restorana müştəri kimi gələn 8-9 nəfərlik qrup sərxoş olduqdan sonra digər müştəriləri narahat etməyə başlayıblar.

Bu zaman restoranın müşahidəçiləri onlara mane olmağa çalışıblar və tərəflər arasında yaranan mübahisə kütləvi davaya çevrilib. Dava zamanı bıçaqlardan da istifadə edib. İlkin məlumata görə, 5 mühafizəçi və onlarla dalaşanlardan 3-ü xəsarət alıb. Xəsarət alanlar arasında bıçqlananlar da var. Yaralılar Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməliyyat qrupu gəlib, araşdırma aparılır.

Dava salan şəxslər axtarılır.

09:20

Bakının məşhur restoranlarından birində - “Oazis”də dava düşüb.

Restoranda olan hadisə şahidlərindən Qafqazinfo-ya verilən məlumata görə, dava ad günü qeyd edən bir ailənin yaxınları arasında başlayıb.

Mühafizəçilər yaranan insidenti sakitləşdirsələr də, 20 dəqiqədən sonra ara yenidən qarışıb. Bu dəfə həmin şəxslər restoranda qarşılarına çıxan bütün stolları çeviriblər. Bundan sonra “qəhrəmanlar” restoran xidmətçilərini və mühafizəçiləri də döyməyə başlayıblar.

Ən azı iki nəfərin bıçaqlanaraq yaralandığı bildirilir.

Restorandakı vəziyyət o həddə çatıb ki, insanlar qorxaraq mətbəxə qaçıblar.
Oxunub: 954
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 


ILK-10