backend

Məmurun sanitar işləyən xanımı niyə işə gəlmir?-VİDEO

Cəlilabad rayon icra hakimiyyətinin Muğan kənd inzibati dairəsi üzrə nümayəndəsi Rövşən Həsənovun həyat yoldaşı Gülnarə Həsənova çalışdığı tibb müəssisəsində işə gəlmir.

Muğan kənd sakini Tərlan Ağayev bununla bağlı redaksiyamıza sübutlar təqdim edib. T.Ağayev bildirib ki, Gülnarə Həsənova Muğan kənd tibb məntəqəsində sanitar işləyir.


Amma illərdir ki, G. Həsənova işə gəlmir və hökumətdən havayı maaş alır. Çox maraqlıdır ki, G.Həsənovanın yerinə tabeli imzalayan şəxs də var. Həmin şəxs də özünün bilmədiyi cinayəti törədir.

T.Ağayev deyib ki, onun çəkilişindən sonra icra nümayəndəsi Rövşən Həsənov həyat yoldaşını işə gətirib-aparır. Amma ara sakitləşən kimi yenə eyni hal baş verir. Rövşən Həsənov buna görə Tərlan Ağayevi məhkəməyə verib və 5 min təzminat tələb edir.

Daha ətraflı təqdim etdiyimiz süjetdə:

TEREF