İki gün sonra – noyabrın 8-də Azərbaycanda Şuşa Şəhəri Günü qeyd olunacaq.
2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini Ermənistanın işğalından azad edib. Bu tarixi hadisə Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin ən mühüm səhifələrindən biri kimi tarixə düşüb.
Zəfərdən sonra işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Şuşada da genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılıb. Son altı il ərzində həyata keçirilən layihələr şəhərin tarixi simasının qorunması, infrastrukturunun yenilənməsi və iqtisadi potensialının bərpası istiqamətində mühüm nəticələr verib.
Milli Məclisin deputatı Vüqar Bayramov Şuşanın Zəfərdən sonrakı iqtisadi inkişafı ilə bağlı açıqlamasında bildirib ki, şəhərin iqtisadiyyatı son altı ildə 44 dəfə böyüyüb.
Deputatın sözlərinə görə, Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 2020-ci ildə 18,5 milyon manat olduğu halda, hazırda 800 milyon manatı ötüb.
Sənaye sektorunda da ciddi artım qeydə alınıb. Belə ki, Zəfərdən əvvəl Şuşada sənaye istehsalının həcmi cəmi 15 min manat təşkil etdiyi halda, hazırda emal sənayesi məhsullarının istehsalı 25 milyon manatdan çoxdur.
Tikinti sektorunda isə daha böyük inkişaf müşahidə olunur. 2020-ci ildə bu sahənin həcmi 12,5 milyon manat olduğu halda, hazırda 750 milyon manatı ötüb.
Beləliklə, işğal dövründə uzun illər baxımsız vəziyyətdə qalan Şuşa bu gün bərpa, quruculuq və iqtisadi inkişafın mühüm mərkəzlərindən birinə çevrilir.
Şuşada əldə olunan iqtisadi göstəricilər Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq siyasətinin nəticələrini və Qarabağın yeni inkişaf mərhələsini əks etdirir.

[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]