Ekologiya.az-a daxil olan məlumata görə, ərazidə yaşıllıqların götürülməsi faktı qeydə alınıb. Tikintinin hansı layihə əsasında həyata keçirildiyi və yaşıllıqların götürülməsinə razılıq verilib-verilmədiyi isə hələlik məlum deyil.
Məsələ ilə bağlı 4 saylı RETSİ-si tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə tikintinin dayandırılmasına dair müraciət olunub. Lakin hazırda tikinti işləri davam edir.
Bu barədə Ekologiya.az olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanladıq.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, məsələ hazırda araşdırılır və yaxın zamanda bununla bağlı əlavə məlumat təqdim olunacaq.
Qeyd edək ki, digər aidiyyəti qurum tərəfindən məsələyə münasibət bildirildiyi təqdirdə verilən cavabı dərc etməyə hazırıq.
Mövzu diqqətimizdədir.










