Cəlilabadda kənd təsərrüfatı torpağını zəbt edib özünə şadlıq sarayı tikən məmur kimdir!? - FOTO
Cəlilabad rayonu ərazisində kənd təsərrüfatına aid torpağı zəbt edib, özünə restoran tikən məmurla bağlı narazılıqlar və iddialar var. Məlumatlı mənbənin iddiasına görə, rayonda həmin vəzifə sahibi öz statusundan suistifadə edərək, Cəlilabad rayon Olimpiya Kompleksinin 150 - 200 metr məsafəsində Cəlilabad - Biləsuvar magistiral yolunun üstündə, Kənd təsərrüfatına aid böyük bir torpaq ərazisini zəbt edərək, ətrafında olan çox sayda yaş ağaclar kəsilib ərazi genişləndirlib və restoran inşa edilir. Və ərazidə son təmir işləri aparılır.
Mənbə bildirir ki, bu qanunsuzluğa görə, nə icra hakimiyyəti nə Əmlak Məsələləri Dövlət Xidmətinin rayon şöbəsi, nə də ki, RETSN və FHN, eləcədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Rayon Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən bu günə qədər qanunsuz tikinti işləri aparan məmura "gözün üstə qaşın var" deməyib. Niyə və nə üçün deyilməyib iradın səbəbi isə hər kəsə gün kimi aydındır!
Axı ölkə qanunlarına görə, “Kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, həmçinin işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər”.
Paytaxt.org xəbər verir ki, bu qanun Torpaq Məcəlləsinə edilmiş dəyişikliklərdə öz əksini tapıb.
Görəsən hansı səbəblərdən məmur qəbilindən olanlar qanunları tanımaq istəmirlər. Axı, nədən Prezidentin sərəncamları və tələbləri Cəlilabadda həyata keçirilmir...!?
Qeyd: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsində qeyd olunur ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunan əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə isə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparanlar isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər. Bu cür əməllərin təkrar törədilməsinə, eyni zamanda şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsinə görə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Redaksiyadan:Cəlilabadda zəbt edilən kənd təsərrüafatı torpağı üzərində yerin təki dağıdılaraq,çox sayda yaş ağaclar kəsilərək aparılan qanunsuz şadlıq sarayı (restoran) tikintisinin cinayət tərkibi görünməkdədir. İnanırıq ki, Baş Prokurorluq, DTX və ETSN bu barədə ciddi ölçü götürəcək.
Bildiririk ki, daxil iolan məlumata görə zəbt edilərək qanunsuz tikinti aparılan əraziyə görə kimlərin nə qədər aldığı və qanunsuz tikilən məlum restoranın kimin olduğu haqda geniş məlumat verəcəyik. Həmçinin bu qanunsuzluqla bağlı yuxarıda və aşağıda qeyd etdiyimiz dövlət orqanlarına hadisəyə hüquqi qiymət verilməsinə görə ilk iş günündə müraciətlərimizi etməyə çalışacağıq!

[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]