Son dəqiqə
» » Razi Nurullayev Milli Qəhrəman İmamverdi Əliyevin ailəsini ziyarət edib

Razi Nurullayev Milli Qəhrəman İmamverdi Əliyevin ailəsini ziyarət edib

16.11.2026, 09:10 18 1 dəq oxunur
Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycanın Milli Qəhrəmanı İmamverdi Əliyevin növbəti ildönümü ilə əlaqədar onun ailə üzvlərini İmişli şəhərində ziyarət edib.

Ziyarət zamanı Milli Qəhrəmanın əziz xatirəsi ehtiramla yad edilib, ailə üzvləri ilə söhbət aparılıb.

Deputat şəhidlərimizin xatirəsinin daim uca tutulmasının, onların ailələrinə diqqət və qayğı göstərilməsinin hər birimizin mənəvi borcu olduğunu vurğulayıb.

Razi Nurullayev paylaşımında bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə və müharibə iştirakçılarına cansağlığı, şəhid ailələrinə və valideynlərinə isə səbir və dözüm arzulayıb.