Son dəqiqə
» » Deputat Razi Nurullayev gənc startapçılarla görüşüb

Deputat Razi Nurullayev gənc startapçılarla görüşüb

13.11.2026, 15:50 28 1 dəq oxunur
Milli Məclisin deputatı Razi Nurullayev SABAH.city düşərgəsində tanış olduğu istedadlı gənc startapçılarla görüş keçirib.

Qaynarxett.az xəbər verir ki, deputat Milli Cəbhə Partiyasının qərargahında baş tutan görüşdə gənclərə verdiyi sözə əməl edərək onları ayrıca qəbul edib, layihələri ilə tanış olub və gələcək fəaliyyətləri barədə müzakirələr aparıb.
Görüşdə SentiaHub komandasının təsisçiləri Rufulla Feyzullazadə, Tural Cəfərov və Xətai Əliyev iştirak ediblər.
Komandanın süni intellekt texnologiyaları əsasında hazırladığı platforma xüsusi maraq doğurub. Platforma zənglərin, səsyazmalarının, videoların və mətnlərin real vaxt rejimində təhlilinə, müştəri emosiyalarının müəyyənləşdirilməsinə və potensial risklərin vaxtında aşkarlanmasına imkan verir.
Razi Nurullayev bildirib ki, layihənin real sektorda tətbiqinə dəstək göstərilməsi istiqamətində artıq ilkin addımlar atılıb. Bir bankla danışıqlar aparılıb və komanda ilə görüş keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, xidmət sahəsində fəaliyyət göstərən dövlət qurumları ilə də əlaqələndirmə aparılacaq.
Deputat gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsinin, onların ideyalarının praktik müstəvidə reallaşdırılmasının vacibliyini vurğulayıb.
Görüşün sonunda gənc startapçılara uğurlar arzulanıb.