Ərdoğanın Azərbaycana səfəri iki ölkənin əməkdaşlığına nə vəd edir? – Deputatdan mühüm açıqlama
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana gözlənilən səfəri həm siyasi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Bunu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Yenigun.Media-ya açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə münasibətləri sadəcə iki dövlət arasında diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və strateji maraqlara əsaslanan müttəfiqlik münasibətləridir.
Onun sözlərinə görə, Ərdoğanın məhz Zəfər Günü kimi Azərbaycanın tarixində əlamətdar gündə ölkəmizə səfər etməsi Türkiyənin Azərbaycanın tarixi qələbəsinə və dövlətçiliyinə verdiyi önəmin göstəricisidir.
Arzuxan Əlizadə hesab edir ki, bu səfər iki ölkə arasında siyasi dialoqun daha da intensivləşdirilməsi, mövcud əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi və yeni təşəbbüslərin irəli sürülməsi baxımından mühüm fürsətdir.
Deputat bildirib ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə daha yüksək hüquqi-siyasi səviyyəyə yüksəlib. Hazırda regionda baş verən geosiyasi proseslər, Cənubi Qafqazda yeni reallıqların formalaşması və beynəlxalq güc mərkəzləri arasında rəqabətin artması Bakı ilə Ankara arasında koordinasiyanın əhəmiyyətini daha da artırır.
O qeyd edib ki, Zəngəzur istiqamətində kommunikasiyaların açılması, Orta Dəhlizin inkişafı, enerji təhlükəsizliyi, müdafiə sənayesi və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq müzakirələrin əsas istiqamətləri sırasında ola bilər.
Arzuxan Əlizadə iki ölkə arasında bəzi məsələlərlə bağlı fərqli yanaşmaların və müəyyən diplomatik həssaslıqların meydana çıxmasına da toxunub. O bildirib ki, bu cür məsələlər müttəfiqlik münasibətlərinə xələl gətirmədən, qarşılıqlı hörmət və açıq dialoq yolu ilə həll edilməlidir.
Deputat vurğulayıb ki, Azərbaycan müstəqil dövlətdir və öz daxili və xarici siyasətini milli maraqları, suverenliyi və dövlətçilik prinsipləri əsasında müəyyənləşdirir. Türkiyə ilə qardaşlıq və strateji müttəfiqlik də məhz qarşılıqlı suverenliyə, bərabərhüquqlu tərəfdaşlığa və bir-birinin həssas məsələlərinə hörmətə əsaslanmalıdır.
Onun fikrincə, dövlət başçıları arasında birbaşa təmaslar mövcud sualların müzakirəsi və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün mühüm imkan yaradır.
Deputat əlavə edib ki, Azərbaycan və Türkiyənin Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində ortaq maraqları var. Qarşılıqlı etimadın qorunması, fərqli yanaşmaların diplomatik yollarla uzlaşdırılması və strateji layihələrin davam etdirilməsi iki ölkənin müttəfiqliyini daha da möhkəmləndirə bilər.

[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]