Məlumdur ki, Dövlət Məşğulluq Agentliyinin yerli filialları(Rayon Məşğulluq idarələri) ölkədə işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi və onların sosial müdafiəsi istiqamətində fəaliyyət göstərən dövlət qurumlarıdır. Ancaq bəzi idarə müdirləri bəzən vətəndaşların istəyinə laqeyd yanaşır, onların ali dövlət qurumlarına şikayətçi düşmələrinə şərait yaradırlar. Barəsində narazılıq formalaşan idarələrdən biri də Dövlət Məşğulluq Agentliyinin Ağsu rayon filialıdır.
Ağsu şəhər sakini Əlikram Abdullayev rayon Məşğulluq idarəsinin fəaliyyətindən gileylənir. Vətəndaşın şikayətinin mərkəzində əsasən Ağsu Rayon Məşğulluq İdarəsinin müdiri Musa Musayev dayanır.
Şikayətçi bildirir ki, 2020-ci ildə cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb və gecikmədən rayon məşğulluq idarəsində işsiz kimi qeydiyyata düşüb. Lakin işlə təmin edilmədiyindən sonradan qeydiyyat təyinatı dəyişdirilərək heyvandarlıq təsərrüfatı üzrə qeydiyyata salınıb. Ə.Abdullayev ölkə Prezidentinə ünvanladığı müraciətdə vurğulayır ki, aradan ötən 6 il müddətində nə iribuynuzlu, nə də xırdabuynuzlu heyvanla təmin edilməyib.
Şikayətçinin söylədiklərinə görə, idarə müdiri boş bəhanələrlə onu yola verir, "Təminat mərhələli şəkildə həyata keçirilir", "Prezidentin adından danışırsan, gəlsin heyvanı da prezident versin sənə" deyir. Ə.Abdullayev qeyd edir ki, ən ali dövlət orqanlarına, hətta Prezident Administrasiyasına da bu illər ərzində dəfələrlə şikayət edib, amma Musa Musayev ali orqanlardan ona edilən tənqid və tənbehlərdən nəticə çıxarmayıb.
Şikayətçinin sözlərinə görə, ona öz həyətində tövlə də tikdiriblər, lakin yenə heyvanla təmin edilmir.
Ölkə başçısından köməklik istəyən Ə.Abdullayevin şikayətinin tam təfərrüatı videomüraciətdə...
S.A. Sayt olaraq qarşı tərəfin mövqeyini də yaymağa hazırıq.
Becan.az
OXŞAR XƏBƏRLƏR
Sosial / Şou-Biznes
gundem / Sosial
gundem / Sosial











