Son dəqiqə
» » ÖMRÜNÜZ HƏMİŞƏ XEYİRLİ İŞLƏRİN İZİ İLƏ UZANSIN, GÜLNAR XANIM!

ÖMRÜNÜZ HƏMİŞƏ XEYİRLİ İŞLƏRİN İZİ İLƏ UZANSIN, GÜLNAR XANIM!

29.11.2026, 17:17 38 1 dəq oxunur
İnsanın ömrünə dəyər qatan təkcə yaşadığı illər deyil, həm də bu illər ərzində qazandığı hörmət, insanlara bəxş etdiyi sevgi, gördüyü xeyirxah işlər və cəmiyyətin yaddaşında qoyduğu xoş izlərdir. Elə insanlar var ki, tutduqları vəzifədən daha çox, daşıdıqları məsuliyyət, insanlara münasibətləri və doğma el-obaya bağlılıqları ilə seçilirlər. Belə insanların varlığı yaşadıqları məkanın mənəvi zənginliyinə çevrilir.
Bu gün belə dəyərli insanlardan biri – Göyçay rayonunun Ləkçılpaq kənd bələdiyyəsinin sədri, Mirzəliyeva Gülnar Elmanqızının doğum günüdür!
Gülnar xanım 2025-ci ildə keçirilən bələdiyyə seçkilərindən sonra bu məsuliyyətli vəzifəyə seçilərək Ləkçılpaq, Qaraman və Yalman kəndlərini əhatə edən bələdiyyəyə rəhbərlik etməyə başlayıb. Bələdiyyə rəhbəri olmaq yalnız bir vəzifəni icra etmək deyil. Bu, üç kəndin qayğılarını öz qayğın, sakinlərin problemlərini öz məsuliyyətin bilmək, el-obanın sabahına biganə qalmamaq deməkdir.
Gülnar xanımı fərqləndirən əsas keyfiyyətlərdən biri təşkilatçılığı, səmimiyyəti, insanlarla ünsiyyət qurmaq bacarığı və doğma torpağa bağlılığıdır. Əslində, insanın böyüklüyü tutduğu vəzifənin adı ilə deyil, həmin vəzifəyə gətirdiyi mənəvi dəyərlərlə ölçülür. Vətənə xidmət də elə buradan başlayır: yaşadığın kəndin küçəsinə, sakinlərin güzəranına, elin-obanın problemlərinə ürəkdən sahib çıxmaqdan.
İnanırıq ki, Gülnar xanım bundan sonra da öz fəaliyyətində el-obanın etimadını doğrultmaq, təmsil etdiyi kəndlərin inkişafına töhfə vermək, insanların rəğbətini qazanmaq üçün səylərini əsirgəməyəcək. Çünki Vətən sevgisi bəzən böyük tribunlardan səslənən sözlərdə deyil, doğma torpağın hər qarışına göstərilən diqqətdə, bir insanın probleminə uzanan kömək əlində, elin xeyrinə atılan kiçik, amma dəyərli addımlarda təcəssüm edir.
Əziz Gülnar xanım!
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Arzu edirəm ki, ömrünüzün hər yeni ili Sizə sağlamlıq, sevinc, könül rahatlığı və yeni uğurlar gətirsin. Üzünüzdən təbəssüm, qəlbinizdən mərhəmət, həyatınızdan xeyirxah insanlar əskik olmasın. Çəkdiyiniz zəhmət öz bəhrəsini versin, gördüyünüz işlər el-obanın xeyir-duası ilə dəyərləndirilsin.
Qoy həyat yolunuz həmişə işıqlı, niyyətləriniz xeyirli, addımlarınız uğurlu olsun! Doğma Göyçayın, Ləkçılpaq elinin hörmət və sevgisi daim Sizinlə qalsın!
Ad gününüz mübarək, Gülnar xanım! Allah Sizə uzun, sağlam, mənalı və bərəkətli ömür nəsib etsin!









Hörmətlə,
Nəriman Məhərrəmov
Qaynarxett qəzetinin və Qaynarxett.az saytının xüsusi müxbiri

TƏBRİKƏ REDAKSİYA KOLLEKTİVİ DƏ QOŞULUR.