Kainat.tv-nin əvvəlki yazısından sonra da vətəndaşın Azərmaşla bağlı problemi hələ də öz həllini tapmayıb.
Vətəndaş Aqil Bayramova məxsus avtomobil ödəniş həyata keçirildikdən cəmi 2–3 saat sonra xəbərsiz şəkildə götürülüb. Bundan sonra isə sığorta ödənişinin gecikdirilməsi və hissəli ödənilməsi ucbatından avtomobilin uzun müddət ustada qalması və nəqliyyat vasitəsindən istifadə edə bilməməsi ilə bağlı yaranan problemlər davam edib.
İndi isə məsələnin üzərinə daha bir tələb əlavə olunub: 325 manat məbləğində cərimə.
Doğrudur, ödəniş cədvəlinin aşağı hissəsində gecikmə ilə bağlı şərt qeyd olunub. Həmin qeyddə hər gecikmiş gün üçün ödənilməli məbləğin 1 faizi həcmində cərimə hesablanacağı göstərilir.
Lakin burada əsas məsələ başqa yerdədir.
325 manat cərimə hansı tarixlər arasındakı gecikməyə görə hesablanıb?
Hansı məbləğ əsas götürülüb? Neçə gün gecikmə hesablanıb? Və ən əsası, bu 325 manatın hesablanması vətəndaşa yazılı şəkildə təqdim olunubmu?
Vətəndaş ödənişlərini həyata keçirib və yaranmış vəziyyətlə bağlı bütün sənədləri təqdim edir. Buna görə də tələb olunan cərimənin sadəcə məbləğinin bildirilməsi kifayət deyil.
Hesablamanın özü də şəffaf şəkildə göstərilməlidir.
Çünki 1 faiz şərtinin ödəniş cədvəlində yazılması ayrı məsələdir, konkret olaraq 325 manatın hansı hesablamadan ortaya çıxması isə tamam başqa məsələdir.
Burada daha bir sual da ortaya çıxır: avtomobilin götürülməsi, sığorta vəsaitinin ödənilməsi və digər ödəniş məsələləri ilə bağlı yaranmış vəziyyət cərimə hesablanarkən nəzərə alınıbmı?
Vətəndaşın narazılığı da məhz bundan ibarətdir. O, müqavilədə hər hansı şərtin olub-olmamasından çox, özündən tələb olunan 325 manatın necə formalaşdığını və bu hesablamanın nə dərəcədə əsaslı olduğunu bilmək istəyir.
Azərmaşdan tələbimiz sadədir: 325 manatın hesablanmasını günbəgün və rəqəmlərlə açıqlayın.
Neçə manat borc?
Neçə gün gecikmə?
Gündə neçə manat cərimə?
Və nəticədə necə 325 manat?
Bu suallara konkret cavab verildiyi halda məsələyə aydınlıq gətirmək mümkün olacaq.
Məsələni diqqətdə saxlayırıq. Vətəndaşın ödədiyi və ondan tələb olunan hər bir məbləğin hesablanmasının şəffaf şəkildə ortaya qoyulmasını gözləyirik.

[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]