Son dəqiqə
» » BƏZİ İNSANLAR YAXŞILIĞI İLƏ TANINMAQ İSTƏMİR, AMMA ETDİKLƏRİ YAXŞILIQLAR ONLARI TANIDIR.. - Video

BƏZİ İNSANLAR YAXŞILIĞI İLƏ TANINMAQ İSTƏMİR, AMMA ETDİKLƏRİ YAXŞILIQLAR ONLARI TANIDIR.. - Video

26.11.2026, 13:05 275 1 dəq oxunur
Həyatda elə insanlar var ki, yaxşılıq edərkən qarşılığında nə təşəkkür, nə alqış, nə də məşhurluq gözləyirlər. Onlar üçün əsas məsələ ehtiyacı olan bir insanın üzündə təbəssüm yaratmaq, çətinliyə düşənin əlindən tutmaqdır. Bu gün belə insanlardan biri – sahibkar Novruz Şöhlətoğlu (Novruz Gülməmmədov) haqqında bir neçə kəlmə yazmaq istəyirəm.

Novruz müəllim haqqında danışarkən söhbət yalnız maddi imkandan, sahibkarlıqdan və ya xeyriyyəçilikdən getmir. Söhbət insanlıqdan, mərhəmətdən, vicdandan və başqasının dərdinə biganə qalmamaqdan gedir.

Onun xeyirxahlığında diqqət çəkən ən gözəl məqam köməyin ünvanıdır. Həqiqətən ehtiyacı olan, imkansızlıqla mübarizə aparan, gündəlik dolanışığını təmin etməkdə çətinlik çəkən insanlara əl uzatmaq hər kəsin bacardığı iş deyil. Əsl xeyirxahlıq məhz budur: insanın kimliyinə, vəzifəsinə, tanınmışlığına baxmadan, onun ehtiyacını görüb kömək etmək.

Novruz müəllim etdiyi yaxşılıqların reklam olunmasını, adının hər yerdə çəkilməsini arzulayan insanlardan deyil. Hətta bu cür paylaşımlara razı olmasa belə, düşünürəm ki, cəmiyyət belə insanları tanımalıdır. Çünki yaxşılıq nümunələri gizli qaldıqca, bəlkə də neçə-neçə insan xeyirxahlığın necə böyük mənəvi dəyər olduğunu görmək imkanından məhrum olur.

Novruz müəllim kimi insanların yaxşılıqlarını bir yazıya sığdırmaq mümkün deyil. Çünki insanın etdiyi yaxşılığın həqiqi qiymətini bəzən bir ailənin rahatlığı, bir kasıbın süfrəsinə gələn ruzi, bir çarəsizin üzündə yaranan təbəssüm verir.

Mən bu yazını Novruz müəllimi məşhurlaşdırmaq üçün deyil, cəmiyyətimizdə belə xeyirxah insanların olduğunu göstərmək üçün yazıram.

İnsan var, var-dövləti ilə tanınır. İnsan da var, insanlara verdiyi dəyərlə, etdiyi yaxşılıqlarla yadda qalır.

Novruz müəllimə Allahdan möhkəm cansağlığı, uzun ömür, ruzi-bərəkət arzulayıram. Qoy etdiyi bütün yaxşılıqların əvəzini həyatda gözəl günlərlə görsün. Əlləri həmişə kömək etməyə uzansın, qəlbindəki mərhəmət heç vaxt əskilməsin.

Yaxşı ki, belə insanlar var! Allah xeyirxah insanların sayını artırsın.



Qaynarxett.az