Nəsimi rayonunda binanın üzərindəki qanunsuz artırma kimlərin diqqətindən yayınır? - VİDEO
Qaynaexett.az xəbər verir ki, Bakının Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən yaşayış binasının üzərində aparılmış əlavə tikinti və artırma işləri ciddi suallar doğurur. Redaksiyamıza təqdim edilən video-görüntülərdə əks olunan bu tikili nəinki binanın ümumi memarlıq görünüşünə xələl gətirir, həm də şəhərsalma və tikinti normalarına uyğunluğu baxımından şübhələr yaradır.
Görəsən, bu artırma hansı layihə əsasında həyata keçirilib? Müvafiq dövlət qurumlarından tikintiyə icazə alınıbmı? Əgər bütün qanuni prosedurlara əməl edilibsə, bunu təsdiq edən sənədlər mövcuddurmu?
Xatırladaq ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş istisnalar xaricində tikinti obyektlərinin inşası üçün müvafiq icazə tələb olunur. Məcəllənin 92-ci maddəsi isə qanunsuz tikinti halları aşkar edildikdə tikinti işlərinin dayandırılması üçün hüquqi mexanizmlər müəyyən edir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395-ci maddəsi də qanunsuz tikinti və yenidənqurma işlərinə görə məsuliyyət nəzərdə tutur.
Burada əsas sual budur: paytaxtın mərkəzi rayonlarından birində, insanların hər gün gözü qarşısında həyata keçirilən belə bir tikinti aidiyyəti qurumların diqqətindən necə yayınıb? Yoxsa bu vəziyyətdən xəbərdar olanlar nədənsə susmağa üstünlük verirlər?
Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təqdim edilən video-görüntülər əsasında araşdırma aparmalı, artırmanın qanuniliyinə, konstruktiv təhlükəsizliyinə və təsdiq edilmiş layihəyə uyğunluğuna aydınlıq gətirməlidir.
Şəhərsalma qaydaları kimlərinsə şəxsi istəyinə və marağına qurban verilə bilməz. Qanunsuz tikintiyə göz yummaq da həmin qanunsuzluğun davam etməsinə şərait yaratmaq deməkdir.
Aidiyyəti qurumlar bu dəfə də susacaq, yoxsa qanunun tələbinə uyğun tədbir görəcəklər?
Qaynarxett.az olaraq məsələnin araşdırılmasını və aidiyyəti qurumların rəsmi mövqeyini gözləyirik.

https://youtube.com/shorts/D3zDYpFVkh4?si=EE9q6h0n4pTxRLTl

[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]