Son dəqiqə
» » Rəşad Mahmudov Astarada vətəndaşların növbəti qəbulunu keçirib - FOTO

Rəşad Mahmudov Astarada vətəndaşların növbəti qəbulunu keçirib - FOTO

28.11.2026, 20:06 13 1 dəq oxunur
Noyabrın 28-də Milli Məclisin deputatı, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Astara rayonunda vətəndaşların növbəti qəbulunu keçirib.

Qaynarxett.az xəbər verir ki, qəbulda Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov da iştirak edib.
Görüş zamanı vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib, onları narahat edən sosial, hüquqi, tibbi və digər məsələlər ətrafında ətraflı müzakirələr aparılıb.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyəti dövlət qurumlarına müraciətlərin hazırlanması nəzərdə tutulub. Digər məsələlər nəzarətə götürülərək vətəndaşlara onların həlli istiqamətində görüləcək işlər barədə məlumat verilib.
Qeyd edək ki, bu cür vətəndaş qəbulları Prezident İlham Əliyevin müəyyən etdiyi vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin müraciətlərinə həssaslıqla yanaşılması və problemlərin operativ həlli prinsiplərinin həyata keçirilməsinə xidmət edir.
Vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların qayğı və problemlərinin yerində öyrənilməsi, müraciətlərin aidiyyəti üzrə yönləndirilməsi dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Deputatın Astarada keçirdiyi qəbul da sakinlərin müraciətlərinin dinlənilməsi və qaldırılan məsələlərin həlli istiqamətində atılan növbəti addımlardan biri kimi diqqət çəkir.