2025-ci il noyabrın 27-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Qərargahında Siyasi Şuranın genişləndirilmiş iclası keçirilib.
Yenigun.Media xəbər verir ki, iclası giriş sözü ilə açan AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə gündəliyi iclas iştirakçılarının diqqətinə çatdırıb və müzakirəyə çıxarılan məsələləri səsə qoyub.
İclasın gündəliyinə uyğun olaraq, ilk növbədə, dairə və məntəqələrdə həlledici səs hüququna malik partiya üzvlərinin yerləşdirilməsi prosesinin yekunları müzakirə olunub.
Məsələ ilə bağlı Seçki məsələləri üzrə sədr müavini Yəhya Həsənov geniş hesabat xarakterli çıxış edərək görülmüş işlər, əldə olunan nəticələr və prosesin mövcud vəziyyəti barədə məlumat verib. Bildirilib ki, ümumilikdə 125 seçki dairəsindən 85-i üzrə məntəqələrdə həlledici səs hüququna malik AMİP üzvlərinin yerləşdirilməsi prosesi başa çatıb. Qeyd olunub ki, digər dairələr üzrə də işlər yekunlaşmaq üzrədir və ümumilikdə proses uğurla həyata keçirilib.
Gündəliyin ikinci məsələsi ilə bağlı AMİP sədri Arzuxan Əlizadə Beynəlxalq Demokratlar İttifaqının (BDİ) dəvəti əsasında partiya rəhbərliyinin 2–6 dekabr 2025-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarına nəzərdə tutulan rəsmi səfəri barədə məlumat verib. Səfər çərçivəsində planlaşdırılan proqram, keçiriləcək görüşlər və nəzərdə tutulan təmaslar haqqında iclas iştirakçılarına ətraflı məlumat təqdim olunub.
İclasın cari məsələlər bölməsində isə partiyanın qarşıdakı fəaliyyət istiqamətləri müzakirə edilib. Xüsusilə, AMİP Ali Məclisinin növbəti iclasının keçirilməsi, eləcə də sədr müavinlərinin 2027-ci il üzrə fəaliyyət planlarının hazırlanması və təsdiq üçün təqdim olunması məsələlərinə toxunulub.
Müzakirələr zamanı iştirakçılar tərəfindən müxtəlif təklif və mülahizələr səsləndirilib. Bildirilib ki, irəli sürülən təkliflər partiyanın gələcək fəaliyyətinin planlaşdırılması zamanı nəzərə alınacaq.

[not-image-1]
[not-image-1]
[not-image-1]
[not-image-1]