backend

Batmağa və korrupsiyada boğulmağa davam edən Naxçıvan səhiyyəsi - ŞOK FAKTLAR

Naxçıvan Muxtar Respublikasının Səhiyyə nazirliyinin yarıtmaz fəaliyyətindən mediada dəfələrlə faktlara əsaslanan yazılar dərc olunub. Naxçıvanın sabiq səhiyyə naziri Samiq Sadıxov işdən azad olunandan sonra Naxçıvanın zəhmətkeş əhalisində azca da olsa ümid işığı yanmışdı ki, növbəti səhiyyə rəhbərliyi o kiçicik işığı da söndürdü.

Bu barədə Qaynarxett.az-a daxil olan məlumatda bildirilir.  Bildirilir ki, bu gün Naxçıvan səhiyyəsində baş verən korrupsiya faktları baş alıb gedir. Xüsusilə Culfa Regional Tibb Mərkəzi PHŞ-də baş verən özbaşınalıqlar, korrupsiya faktları dözülməzdir.

Culfa Regional Tibb Mərkəzi PHŞ-in direktoru Həsənov Zaur Səftər oğlu öz dost - doğmaca 87 yaşlı atası Həsənov Səftər Məyiş oğlunu 15 oktyabr 2026-cı il tarixdən öz tabeçiliyində Əbrəqunus Ailə Sağlamlıq Mərkəzinə bölmə müdürü kimi işə götürüb.  Bu da “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən yaxın qohumların bilavasitə tabelik münasibətində işləməsinə məhdudiyyət qoyur ki, bu da həmin qanunun Culfa Regional Tibb Mərkəzinin direktoru Zaur Həsənov tərəfindən kobud surətdə pozulması faktıdır.

Zaur Həsənovun qanunsuz əməlləri bununla bitmir,o insanların sağlamlığı üçün ayrılan tibbi ləvazimatları da mənimsəyir və tabeçiliyində olan xəstəxananın işçilərinə pul yığdırıb dərman aldırır ki,mənimsədiklərini ört-basdır etsinlər (bu fakt barədə fotoşəkillər vardır). İşçilər də daxildə buna çox haqlı olaraq narazılıqlar edirlər amma nə faydası dərdlərini kiməsə deyə bilmirlər, çünki Zaur Həsənov onlara bildirir ki, səslərini çıxartsalar işlərindən olacaqlar.

Xəstəxananın işçiləri həmçinin onu da qeyd edirlər ki, direktorları ağır dozada psixatrop dərmanlar qəbul edir, bu da həm işçilər üçün, həm də yerli əhali üçün real təhlükədir. Amma Naxçıvan Səhiyyə nazirliyinin rəhbərliyi nədənsə Zaur Həsənovun korrupsiya faktlarına göz yumduqları kimi, ağır dozalarda psixatrop dərman içib işə gəlməsinə də göz yumur. Onlar hesab edir ki, Naxçıvan səhiyyə rəhbərliyinin Zaur Həsənovdan yəqin ki, hər hansısa gözükölgəliliyi var ki,bu olanlara göz yumurlar.

Onu da qeyd edirik ki,Zaur Həsənov Naxçıvan səhiyyəsini uçuruma yuvarlayıb özünə milyonlar qazanmış Naxçıvanın sabiq Səhiyyə naziri Samiq Sadıxovun yaxın qohumudur.Onu bu vəzifəyə Samiq Sadıxov təmtaraqla təyin etmişdi. Zaur Həsənovun korrupsiya faktları bununla bitmir, növbəti yazılarımızda növbəti faktları da işıqlandıracayıq ki,cənab Prezidentimizin dediyi kimi hüquq - mühafizə orqanları və Ali rəhbərlik məlumatlı olsunlar ki,araşdırıb günahkarlara layiqli cəzalarını versinlər.

Ardı növbəti yazılarımızda…

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Qaynarxett.az