Hər bir xalqın tarixinde onun taleyini dəyişən, milli mənliyini zirvələrə qaldıran dönüş nöqtələri olur. Azərbaycan xalqı üçün bu zirvə 8 Noyabr Zəfər Günüdür. Bu tarix otuz illik yurd həsrətinin bitdiyi, ədalətin bərqərar olduğu və bir millətin ayağa qalxaraq öz gücünü dünyaya nümayiş etdirdiyi möhtəşəm qəhrəmanlıq dastanıdır. Vətən Müharibəsinin qazanılmasında ən həlledici amillərdən biri ölkədə formalaşan sarsılmaz daxili cəbhə və milli həmrəylik oldu. Azərbaycandakı bütün siyasi qüvvələr, öz əqidələrindən, fərqli siyasi baxışlarından və mövqelərindən asılı olmayaraq, dövlətin və ordunun ətrafında vahid bir yumruq kimi birləşdi. Bu dövrdə ölkənin siyasi partiyaları, ictimai təşkilatları və müxtəlif baxışlara sahib fərdləri yüksək siyasi şüur və yetkinlik nümayiş etdirdilər. Bütün daxili fərqliliklər və siyasi müstəvidəki fikir ayrılıqları Vətən naminə bir kənara qoyuldu. Hər bir siyasi qüvvə milli maraqları hər şeydən uca tutaraq, beynəlxalq müstəvidə və informasiya cəbhəsində Azərbaycanın haqq səsini müdafiə etdi. Bu unikal siyasi barışıq və həmrəylik, düşmənin daxili qarışıqlıq yaratmaq planlarını alt-üst etdi və cəbhədəki əsgərimizə ən böyük mənəvi dəstək oldu.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan Vətən Müharibəsi, ilk gündən etibarən xalq-ordu-dövlət birliyinin sarsılmazlığını göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı hərb tarixinə yeni səhifələr yazdı. Azərbaycanın gənc, vətənpərvər və qorxmaz övladları düşmənin onilliklər ərzində qurduğu keçilməz istehkamları darmadağın etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, həmçinin yüzlərlə kənd, qəsəbə və strateji yüksəklik bir-birinin ardınca işğaldan azad olundu. Hər bir azad edilən torpaqda ucaldılan üçrəngli bayrağımız xalqımızın qələbə inamını daha da alovlandırdı.
Noyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi Vətən Müharibəsinin kulminasiya nöqtəsi oldu. Şuşa əməliyyatı dünya hərb elmində unikal bir nümunə kimi öyrənilir. Azərbaycanın xüsusi təyinatlıları yüngül silahlarla, sıldırım qayaları dırmaşaraq, əlbəyaxa döyüşdə düşməni məğlub etdi və Şuşanı əsarətdən qurtardı. Şuşanın azad olunması Ermənistanı təslim olmağa məcbur etdi və müharibənin taleyini birdəfəlik həll etdi.
Bu böyük qələbə bizə asanlıqla başa gəlmədi. Biz bu Zəfəri canından keçən müqəddəs şəhidlərimizə və sağlamlığını itirən qazilərimizə borcluyuq. “Vətən sağ olsun!” deyərək silaha sarılan və canını torpağa tapşıran hər bir şəhidimiz bizim azadlıq və müstəqillik rəmzimizdir. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Onların fədakarlığı qəhrəmanılığı sayəsində dağıdılmış ərazilərimizdə nəhəng abadlıq quruculuq işləri həyata keçirilir.
Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Dağıdılmış şəhərlər, kəndlər “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyaları ilə yenidən doğulur, yollar çəkilir, yeni məktəblər tikilir. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına, ata-baba ocaqlarına qürurla geri dönürlər.
8 Noyabr Zəfəri Azərbaycanın regionda yaratdığı yeni reallığın və sarsılmaz gücün sübutudur. Bu bayram xalqımızın birliyinin, fərqli baxışları birləşdirən milli həmrəyliyinin, rəşadətli ordumuzun qüdrətinin və dövlətimizin qətiyyətinin təntənəsidir. Azərbaycan xalqı bu günü hər il böyük coşqu, fəxr və qürur hissi ilə qeyd edir və bəyan edir:
Qarabağ Azərbaycandır və Zəfərimiz əbədidir!
AMİP sədri Milli Məclisin deputatı
Arzuxan Əlizadə

[not-image-1]
[not-image-1]