Putin Əliyevlə Sərkisyanı görüşdürəcək? - Moskvada ilginc gəlişmə

Siyasət 2-05-2017, 12:16
Putin Əliyevlə Sərkisyanı görüşdürəcək? - Moskvada ilginc gəlişmə

















Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü rəmzi məna daşıyırdı

Görüş daha çox Moskvanın maraqlarına xidmət edirdi.

Nazirlərin görüşü ilə Kreml ABŞ-a mesaj vermiş oldu ki, Qarabağ probleminin həlli hələ də onun patronajlığı ilə müzakirə olunur. Eyni zamanda Qərb dünyasına C.Qafqazın Moskvanın orbitində olduğuna işarə vurdu.

Bununla Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rolu öz üzərinə götürdüyü mesajını verdi. Yayılan məlumatlardan məlum olur ki, görüş zamanı konkret məsələlər müzakirə olunub.

Ermənistan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşikin missiyasının genişləndirilməsi və qoşunların təmas xəttində insidentlərin tətbiqi mexanizmlərinin yaradılması məsələsinin üzərində dayanıb, Azərbaycan isə işğalçı qoşunların çıxarılması qrafikinin hazırlanmasını tələb edib.

Ulus.Az xəbər verir ki, görüşdə Anjey Kaspirşikin missiyasının genişləndirilməsi ilə Azərbaycanın tələbi arasında balans variant əldə olunub.

Çünki Rusiyanın XİN başçısının son sözü belə idi ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ tənzimlənməsində bütün prinsipial məsələlər razılaşdırılıb, lakin bazanın həyata keçirilmə ardıcıllığında razılaşma əldə olunmayıb.

Görünür hazırda bununla bağlı konkret danışıqlar aparılır. Rusiya bu vaxta qədər Ermənistana parlament seçkilərinə görə dözürdü.

Artıq bu seçkilər başa çatıb, ona görə Azərbaycan da, Rusiya da Ermənistandan konkretlik tələb edir. Yəqin ki, yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putindən üçtərəfli görüş barəsində yeni təşəbbüs eşidəcəyik.

Ulus.Az xəbər verir ki, Azərbaycan Moskva görüşünə təşəbbüs edərək, aydınlaşdırmaq istədi ki, Ermənistan əraziləri qaytarmağa hazırlaşırmı, ruslar İrəvanı razı sala bildimi?!

Əslində gözlənilən idi. Çünki sülh prosesinə real dinamika verməli olan əsas vasitəçi dövlətin - Rusiyanın fəallığı gözə dəymirdi.

Başqa sözlə, nazirlərin Moskva təmasının hansısa nəticə verməsi üçün obyektiv zəmin formalaşmamışdı. Bu, olsa-olsa, müharibə riskini bir azca azaltmaq üçün rəsmi Moskvanın görüş xətrinə görüş təşəbbüsü idi.
Oxunub: 498
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 


ILK-10