Diqqət! Dünyada məşhur firmanın məhsulları XƏRÇƏNG YARADIR

Arasdirma 20-06-2017, 03:21
Diqqət! Dünyada məşhur firmanın məhsulları XƏRÇƏNG YARADIR

ABŞ-ın Missuri ştat məhkəməsi “Johnson & Johnson” şirkətini Virciniya ştatından olan qadına 110 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb.

BiG.AZ xəbər verir ki, qadın şirkəti məhkəməyə ona görə verib ki, “Johnson & Johnson”a məxsus olan “talk” onun yumurtalığında xərçəng xəstəliyi yaradıb. Uzun illərdir sözügedən firmanın gigiyenik məhsulunu istifadə edən qadın hazırda ölümlə çarpışır.

O da məlum olub ki, şirkət bu məhsulun hazırlanması üçün lazım olan “talk” tozunu “Imerys Talc America” şirkətindən alır. Məhz buna görə məkəmə təchizat şirkətinin də qadına 100 min dollar təzminat ödəməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, 2012-ci ildə 62 yaşlı Lois Slempə yumurtalıqlarında xərçəng diaqonuz qoyulub. Artıq xəstəlik qadının bütün qaraciyərinə də yayılmağa başlayıb.

Şirkət məhsulları ilə xərçəng xəstəliyi arasında əlaqəni rədd edir. Ötən il şirkət buna bənzər iddialara görə 10 milyon dollarla təzminat ödəyib.
Oxunub: 471
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10