backend

Azərbaycanda 6 bal gücündə zəlzələ baş verdi - YENİLƏNİB

Azərbaycanda 6 bal gücündə zəlzələ baş verdi - YENİLƏNİB






















Güclü təkanlar yerli əhali tərəfindən hiss edilib.

Bu gün səhər Qəbələ rayonunda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən qaynarxett.az-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 09:59:33-də Qəbələdən 13 km şimali-şərqdə qeydə alınıb. Yeraltı təkanın dərinliyi 5 km olub.

Zəlzələ episentirdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında 4-3 bala qədər hiss olunub.

09:40

Şəkidə zəlzələ baş verib.

qaynarxett.az-nun Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 4-də, yerli vaxtla saat 05:25-də Şəkidən 6 km şimali-şərqdə zəlzələ qeydə alınıb.

Ocağı 9 km dərinlikdə yerləşən yeraltı təkanlar 3 bala qədər hiss olunub.

Bu, son sutka ərzində rayon ərazisində qeydə alınan üçüncü seysmik hadisədir.