backend

Zahid Oruc: “Bu prezident seçkisindən sonra ortaya üçüncü müxalif qüvvə çıxacaq”

Zahid Oruc: “Bu prezident seçkisindən sonra ortaya üçüncü müxalif qüvvə çıxacaq”

BBC Azərbaycanca "növbədənkənar Prezident Seçkisi 2018" layihəsi çərçivəsində siyasətçilərlə, ölkənin tanınmış fikir adamları ilə silsilə müsahibələrə başlayıb.

Qonağımız millət vəkili Zahid Orucdur. Onunla əməkdaşımız Səadət Akifqızı söhbət edib.


Azərbaycan: Niyə növbədənkənar prezident seçkisi elan edildi?
Azərbaycanda prezident seçkisi: ATƏT-in müşahidə missiyası "səmimi şəkildə yaxşı qiymətləndirmə" vəd edir

- Zahid bəy, rəsmi olaraq namizədliyinizi irəli sürmüsünüz. Siz niyə prezident olmaq istəyirsiniz?

- Azərbaycan cəmiyyətində uzun illər belə bir fikir qərarlaşdırmaq istəyirik ki, əgər bir insanın iddiası varsa, o özündən əvvəlki bütün müsbət işlərin üzərindən xətt çəkməlidir. İnkar etməlidir, ittiham janrında danışmalıdır. Yalnız bu halda onun prezidentliyə iddiası Azərbaycan cəmiyyəti üçün qəbul oluna bilər.

Amma mən istəyirəm ki, bir millət olaraq hamımız onu qəbul edək ki, Heydər Əliyev siyasi kursu soyadlara, Əliyev və ya başqa soyadlara bağlı deyil. Necə ki, Atatürk kursu, Corc Vaşinqtondan qalan dövlət modeli şəxslərə, isimlərə bağlı deyil. Bu, fundamentdir. Bunu hər kəs tanıyıb, qəbul etməlidir.

Mənim namizədliyimə gəldikdə, Zahid Oruc olaraq, hesab edirəm ki, bu ölkənin gələcək siyasi gündəminin formalaşmasında iştirak edərək sözümü demək hüququna və imkanlarına malikəm.

Dövlətin ağlına təsir edə bilərsən, cəmiyyətin düşüncəsinə təsir edə bilərsən, gələcək qərarlarına təsir göstərə bilərsən.

- Əgər siz sözünüzün deyilməsini, eşidilmək istəyirsinizsə, tutaq ki hakimiyyətin namizədi İlham Əliyevdir və siz namizəd kimi deyil, onun vəkili kimi də çıxış edə bilərdiniz.

- İlham Əliyevin vəkili olmaq çox şərəfli olardı.

Amma bu dövr ərzində parlamentdə fəaliyyətimizi izləyən bir insan kimi, ən azı media fəaliyyətiniz zamanı görmüsünüzmü mən nə qədər hökumətin fəaliyyətinə yönəlik fərqli fikirlər söyləmişəm? Digər tərəfdən, necə olur ki, müxalif qüvvələrdən bir neçə namizəd ola bilər, amma hakimiyyət siyasətini dəstəkləyən qüvvələrdən ayrı-ayrı namizəd ola bilməz?
Zahid Oruc: “Bu prezident seçkisindən sonra ortaya üçüncü müxalif qüvvə çıxacaq”
Müxalifət bu illər ərzində yalnız tənqid edib, cəmiyyətin həyatı ilə bağlı məsuliyyət daşımayıb, yalnız ittiham janrında cıxış edirlər. Onların seçkidə iştirak edib-etməməsi seçkilərin legitimliyinə təsir göstərə bilməz. Yaxşı ideyaların, siyasi düşüncələrin, intellektlərin rəqabəti olar.

Ona görə də yekun olaraq, on partiyanın müxalif cinahdan bir-birini taktika olaraq müdafiə etməyi mümkündür, onlar namizədliyini verə bilər, hakim cinahın, hazırkı YAP-ın üzvlərinin 700 minlik sayından çıxış etsək, 40 min imzanı nəzərə alsaq 19-20 namizəd irəli sürmək hüququ var. Marafonda biri namizədliyini geri götürər, biri təbliğatın ayrı nöqtəsini qurar, üçüncüsü zərbəni öz üzərinə götürmək istəyər.

Siyasəti biz belə qəbul etməliyik. Hər kəsin hüququ var, bunu belə qəbul ediriksə, yalnız müxalif qüvvəyə, ortodoksal, dindara və yaxud ateistə aid deyil bu məsələ, hamımıza aiddir.

- Zahid bəy, prezident seçkisi və ya digər seçkilər bütün cəmiyyəti təmsil edən siyasi qüvvələrin, müxtəlif fərqli ideyası, platforması, ideologiyası, baxışı olan qüvvələrin bir yarışmasıdır, yoxsa eyni fikirli insanların, yaxın fikirli insanların, bir-birini dəstəkləyən, bir tərəfdə duranların?

- Xeyr, bu belə deyil. Əks cinahın qüvvələrinin seçki marafonunda iştirakına heç bir maneə yox idi. Mən sizi əmin edirəm. Bilirsiniz ki, Azərbaycanda prezident seçkilərinin ertələnməsini irəli sürən şəxslərdən biri mənəm. Dekabrın 7-də bu mövzunu gündəmə gətirdim və onun əsasını göstərdim ki, 2025-ci ildə parlament və prezident seçkiləri üst-üstə düşəcəkdir.

Növbədənkənar seçkilərin keçirilməsi müxalif qüvvələrin heç birini fiks vəziyyətində yaxalamaq, onları hazırlıqsız yaxalamaq anlamına gələ bilməz. Onlar namizədliklərini irəli sürə bilərdilər. Müxalifətin məğlubiyyəti seçki təqvimindən asılı deyil.

Onsuz da guya 25 ildir hakimiyyətin kandarında dayanıblar. Bu müddət ərzində siz onların qeyri-adi hansı fəaliyyətini görmüsünüz?

2013-cü ildə bunu parlament seçkilərində görmüşəm, bir görüş etməyən, özünü siyasi rəqib sayan şəxs Bakıda ultimatum bəyanatlar verir və ATƏT-in ofisinə daim bəyanat istehsal edib göndərir. Amma siz yerdən baxsaydınız, dəhşətə gələrsiniz. Axi bir görüş keçirməmisən.

- Müxalifəti zəif olan cəmiyyət güclü sayıla bilərmi?

- Xeyr. Mən güclü müxalifətin olmasında maraqlıyam. Bunu hər zaman söyləmişəm. İntellektual rəqabətin tərəfindəyəm. İstəmirəm ki, düşüncə sahibləri, ideya sahibləri həbsxana üzərindən fəaliyyətlərini göstərsinlər. Və ya radikalizm, bizdə bu, düşərgəlilik, səngər vəziyyətinə, hətta düşmənçilik səviyyəsinə gəlib çatsın.

Müxalifət hakimiyyətin daha kəskinləşməsində maraqlı olub ki, bu obrazı dünyaya göstərib desinlər ki, baxın burada avtoritarizm var və daha sərtlik var. Düşünürəm ki, hakimiyyət qətiyyən istəməz ki ölkəiçi qüvvələrlə savaşı olsun. Onun nəyinə lazımdır bu. Bu qüvvələrin özləri də nə qeyri-adi təhlükə törədirlər ki. Amma heykəldə yazı yazmağa, gedib fiziki toqquşmağa və ya ailə üzərinə yeriyib təhqir....

- Zahid bəy, onlar ictimai fəallar olublar.

- Onu idarə edən mərkəzlər var. Bu gün Əli Kərimlinin fəaliyyəti yeganə olaraq təhqirin platformasının üzərində qurulub. Avropaya gedib. orada mühacir ömrü yaşayıb YouTube-dan bura nələrsə göndərən adamlarla fəaliyyət aparmaq cinayətdir.

Bu olmaz. Çünki təhqirdən sonra fiziki savaş başlayır. Fiziki savaşdan sonra cəmiyyətdə parçalanmadır. Təhqir platforma ola bilməz. Qurşaqdan aşağı fəaliyyət ola bilməz.

- Bunu kim başlayıb? Əgər belə hesab edirsinizsə, birinci təzyiq vasitəsi haradan gəlib? Yəni müxalifət bildirir ki, hər tərəfdən yolu kəsilir, inzibati, hansısa zorakı üsullarla onların fəaliyyəti məhdudlaşdırılır, üzvləri müxtəlif maddələrlə həbsə atılır.Beynəlxalq təşkilatlar Azərbaycanda siyasi məhbus olduğunu deyir.

Bilirsiniz ki, Avropa Şurası ilə Azərbaycan arasında bəzi səbəblər üzündən, "REAL"ın həmsədri İlqar Məmmədova görə gərginliklər yaranıb. Sizin fikrinzcə, bu məsələlərin belə yaranmasında kimdir məsuliyyət daşıyan?

- Əgər bütün digər qüvvələr, hətta neytral mövqedə dayanan təşkilatlar bu siyasətə düzgün yanaşsaydılar, onlar artıq prezident İlham Əliyevi seçkilərdə rəqib görüb-görməməyindən asılı olmayaraq, obyektivliyi etiraf edərdilər. 2003-cü ildə prezidentliyə gələn İlham Əliyev 2004-cü ildə əlikramları, rəhimləri, o şəxslər ki 90-cı illərdə bu dövləti silkələyirdilər, onları azadlığa buraxdı və yüzlərlə liberal, cəmiyyətdə barış yaradan, mühiti yaxşılaşdıran qərarlar alındı.
Zahid Oruc: “Bu prezident seçkisindən sonra ortaya üçüncü müxalif qüvvə çıxacaq”
Amma müxalifət bunu görməzlikdən gəldi. Hakimiyyəti tanımadı, qeyri-legitim saydı, hakimiyyəti diktaturada və sairədə günahlandırdı. Məhşur bir ifadə var. Diktatura olan yerdə dikaturadan danışılmır. Bu formulu mən kəşf etməmişəm.

Amma məsələnin digər bir tərəfi var. Qüvvələr zəif olanda söyüş söyürlər və onlar hakimiyyətin də radikallaşmasını, hakimiyyətin sərtləşməsini çox istəyirlər. Və bu mənzərəni dediyiniz beynəlxalq məkanda göstərirlər.

Azərbaycanda, yalnız Azərbaycanda, müxalif qüvvələr "bu qədər məhbusum var" deyə öyünürlər. Məhbusu onlar yaradırlar. Niyə? Heç bir qanunu tanımaq istəməyirlər, söyüşlə mübarizə aparırlar. Hakimiyyətdən qabaq onlar başlayıblar bu qarşıdurmanı...

- Canlı yayımımızı izləyənlərdən İlkin İslamzadə soruşur ki, müxalifət seçkidə iştirak etmirsə, bəs legitimlik necə olacaq?

Dünyada belə bir qərarlaşma, belə bir düstur, belə formul, hüquqi bir şərt mövcud deyil ki, hansı qüvvələr iştirak etdikdə seçkilərin nəticələri o qiyməti almalıdır. Müxalifət özünə ən böyük zərbəni vurdu. İsa Qəmbər sadəcə fizki durumuna görə seçkilərə qatıla bilmədi.

- İlk olaraq, elə Müsavat seçkilərə öz namizədi ilə gedəcəyini bildirmişdi. Bu, növbədənkənar seçki elanından hardasa bir 10-15 gün əvvəl açıqlanmışdı.

Xatırlayıram, sonrakı müzakirələrindən də məlumatlıyam.

Bu seçkidə müxalifət nümayəndələri var, ən azı Azərbaycan Demokrat Partiyasının lideri Sərdar Cəlaloğlu seçkiyə qatılmaq iddiasındadır.

Bu seçkilərdən sonra üçüncü qüvvə meydana çıxacaqdır. Yeni müxalifət bu seçkilərin nəticələrindən çıxacaqdır.
- Amma indiki ənənəvi müxalifət nümayəndələri hesab edirlər ki, seçkiyə demokratik don geyindirmək üçün hakimiyyətə yaxın adamlardan namizədliyini verilməsi istənilir və onlar buna görə seçkiyə qatılırlar.

- Demokratiyanın qayçısı və donu müxalifətin əlində deyil. Onlar bu qədər də özlərini böyütməsinlər. Heç kəs onlara mane olmurdu, buyurub öz namizədliklərini irəli sürə bilərdilər.

Sizi əmin edirəm ki, onların Azərbaycan cəmiyyətinə təqdim edəcək hansısa güclü ideyaları və mövqeləri yoxdur. Onlar daha çox xaricə indekslənmişdilər. Uzun müddətdə vəsaitləri oradan gəlirdi.

Bunlar da kəsilən kimi, o problemi yaşamaqdadırlar. Müxlaifətin mövcudluğu xarici iradəyə, səfirliklərin iradəsinə deyil, Azərbaycan xalqının iradəsinə bağlı olmalıdır.

- Zahid bəy, üçüncü müxalif qüvvəni kim təmsil edəcək? Namizədliyiniz qəbul olunsa və seçkilərdə məğlub olsanız, bu sizmi olacaqsınız?

- Bu illər ərzində özümü hansı adla, hansı simayla cəmiyyətə tanıtdım, sizə bəllidir.

Bir daha hesab edirəm ki, Heydər Əliyev kursuna söykənərək də müxalif olmaq mümkündür.

Bu ölkənin gələcəyində dəyişikliklər etmək istəyirik.

Üçüncü qüvvə kim olacaq? Bu, heç şübhəsiz ki, siyasi sifarişlə olur. Yəni rəsmi sifarişlə, dövlət tərəfindən yaradılmaqla, inzibati qərarla və ya yalnız mənim özümü müxalif elan etməklə olmur. Bu, Azərbaycan cəmiyyətinin düşüncələrini tribunaya gətirən, onu sağlam əsaslarla quran qüvvənin vasitəsilə olur.

- Hazırda siz İlham Əliyevin idarə etdiyi siyasi kursdan fərqli nə təklif edirsiniz? Yəni Heydər Əliyev kursunu dəstəkləyirsiniz və bunun altında, İlham Əliyevin yeritdiyi siyasətdən fərqli nə təklif edirsiniz ki, ona rəqib olaraq meydana çxmaq istəyirsiniz.

- Onlarla təklifim var. Mən hesab edirəm ki, Azərbaycan cəmiyyətinin sözün həqiqi mənasında bu düşüncələrə ehtiyacı var və biz efir məkanından, seçki tribunasından mövqelərimizi bölüşdükcə, bizi süngüyə taxmağa hazır olan, tənqid edən, indi virtual şəbəkələrdə çarmıxa çəkən, üzərimizdə linç məhkəmələri quranlar deyəcəklər ki, bundan bu millətə fayda oldu.

Çünki sadə bir kişinin evladıyam, əli qabarlı zəhmət adamının ailəsində böyümüşəm. Mən bu xalqın oğluyam.

İxtiyarım var deyəm ki, bank sektorundakı problemləri necə həll etmək lazımdır. Buna baxışım var. Kreditlərlə bağlı məsələnin, sadə sıravi insanların ağır dərdlərini necə cözməliyik.

Yeri gəlmişkən, bu hakimiyyət seçkilərə yenilənmiş hökumətlə gedir. Amma onu digər qüvvələr haqqında söyləmək mümkün deyil.

Ən azı dörd nazir, mühüm vəzifə sahibini hakimiyyətdən kənarlaşdırıblar. Bir vaxtlar bu adamları hakimiyyətin ayağına günah kimi yazırdınız, Eldar Mahmudovu, Ziya Məmmədovu…
Zahid Oruc: “Bu prezident seçkisindən sonra ortaya üçüncü müxalif qüvvə çıxacaq”
- Zahid bəy, amma bu şəxslər hakimiyyətin gətirdiyi kadrlardır.

- Yeri gəlmişkən, istəyirəm bu fenomeni cəmiyyətə açam. Kaliforniyada qubernatorun cinayətləri Obamanın və ya indiki prezident Trampın ayağına yazılmır.

Biz Azərbaycan cəmiyyətində onu qəbul etməliyik ki, dövlət başçısı mühüm bir atributdur, bu liderdir. Bir ölkənin ümumi siyasətini yürüdəcək şəxsdir. Yerdə qalan məmur cinayəti baş veririsə, buna görə məsuliyyəti özü daşımalıdır.

-Ancaq adını vurğuladığınız insanlar uzun illər ərzində hakimiyyətdə qalıblar.

- Onda xidmətləri olub, ö dövrdə fəaliyyətləri olub. Hansısa dövrdə cinayətlərə yuvarlanıblarsa, vəzifədən də uzaqlaşdırılıblar

Zahid Oruc: "Çox səmimi olaraq deyirəm ki, bu seçkilərdə Zahid Oruc deyil, minlərlə digər namizəd iştirak etsə belə İlham Əliyev qalib gələcək."

- Zahid bəy, izləyicilərimizdən suallar gəlib, sizdən soruşurlar ki, həqiqətənmi prezident olmaq istəyirsiniz?

- Çox səmimi olaraq deyirəm ki, bu seçkilərdə Zahid Oruc deyil, minlərlə digər namizəd iştirak etsə belə İlham Əliyev qalib gələcək. Çünki Azərbaycan xalqı, hətta sosial probleminə görə, mülkiyyət çətinliyinə görə, bu hakimiyyətdən incik düşənlər belə İlham Əliyevə rəğbətlə yanaşır.

Çünki bu insan illər ərzində bu dövləti böyük təhlükələrdən qoruyub. Azərbaycanı bu gün hifz edib və bu duruma gətirib çıxarıb. Bütün varlığı ilə bu millətin xoş gününü, yaxşı gününü istəyir.

Zahid Orucun komanda gücü, başqa keyfiyyətləri, resursları İlham Əliyevə hazırkı seçkilərdə rəqabət göstərəcək, müqavimət göstərəcək gücdə deyil.

- Adətən, dünyada, inkişaf etmiş ölkələrdə hətta bir partiyanın daxilində seçkiyə gedən namizədlər belə bir-birini kəskin tənqid edirlər.Ən azı biz bunu Amerika seçkilərində, Obama ilə Klintonun timsalında gördük. Ondan sonra ayrı-ayrı partiyaların namizədləri kifayət qədər bir-birini ciddi tənqid edirlər.

Amma siz bütün verlişimiz boyu hakimiyyətin namizədini təbliğ etdiniz. Siz bayaq söylədiniz ki, Artur Rəsizadə ilə görüşmüsünüz. Baş nazirlə görüşüb hansısa təkliflərinizi vermisiniz. Yəni məmurların qapıları millət vəkili kimi sizin üzünüzə açılır. Bunun üçün prezident seçkisinə qatılmağa dəyərmi?

- Nə yaxşı ki Amerikadan misal gətirdiniz. ABŞ-da o iki partiyadan kənar, onlarla başqa namizəd də qatılır. Onlardan ən azı 4-5-i seçki prosesində iştirak edirlər və 1 faizin altında nəticə göstərirlər. 200 ildir ki, bu belədir.

O adamlar da özlərinə səs istəyirlər, çağırış edirlər, hətta bəri başdan da bilirlər ki, bunlar nəticəyə görə məğlub olacaqlar.

Amma yekundan, hüququ nəticədən daha yüksəyi var, yüksəkdə dayananı var. O da mənəvi qələbədir. Təki ideyalarımız həyata keçsin. Onun kimin reallaşdırması önəmli deyil.

- Zahid bəy namizədliyiniz təsdiqlənərsə, cəmiyyətə nəyi təklif edəcəksiniz? İlham Əliyevi seçməyi, yoxsa sizi?

- İlham Əiyevi seçməyi, amma bizi də eşitməyi…

QAYNARXETT.AZ