Lukaşenko İlham Əliyevə: “Belarus sizi gözləyirdi”

42

Lukaşenko İlham Əliyevə: “Belarus sizi gözləyirdi”














Azərbaycan prezidenti İlham Əliyev Belarusda rəsmi səfərdədir.
, Belarus prezidenti Aleksandr Lukaşenko Minskdəki Müstəqillik Sarayında İlham Əliyevlə görüşüb.

İlham Əliyevin Belarusa səfəri ikitərəfli münasibətlərin inkişafında yeni addımdır. Belarus prezidenti Aleksandr Lukaşenko bunu İlham Əliyevlə görüşündə deyib.
“Belarus sizi gözləyirdi. Rəsmi səfər barədə məlumat çox idi. Sizin səfərə maraq çox böyükdür. Biz bunu çox gözləmişik. Azərbaycan haqqında çox danışmışıq”, - deyə Lukaşenko bildirib.

Belarus lideri qeyd edib ki, Belarusda Azərbaycanı dost, qardaş ölkə kimi tanıyırlar: “Ölkələrimiz arasında müxtəlif sahələrdə yaxşı əlaqələr qurulub. Ticari-iqtisadi əməkdaşlıq sahəsində dinamik inkişaf var. 2018-ci il ərzində ötən il ilə müqayisədə bu əlaqə 3.5 dəfə artıb”.