backend

İŞİD terrorçusu püşkü uddu: "Şükür Allaha, özümü partladacağam" - VİDEO

İŞİD terrorçusu püşkü uddu: "Şükür Allaha, özümü partladacağam" - VİDEO















İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD-dən azad olunması məqsədilə aparılan genişmiqyaslı əməliyyat davam edir.

İŞİD terrorçuları təslim olmaq niyyətində deyilər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, terrorçular bütün vasitələrdən istifadə edərək müdafiə olunmağa çalışırlar. Belə vasitələrdən biri də partladıcı maddə ilə yüklənmiş avtomobilin "düşmən"ə tərəf sürülərək partladılmasıdır.

Dünən həmin avtomobillərdən birini sürəcək "canlı bomba"nı müəyyənləşdirmək üçün Mosuldakı küçələrdən birində püşk atılıb.

Püşkü udan İŞİD terrorçusu sevinib, "Şükür Allaha, özümü partladacağam, şəhid olacağam" deyib.

Onun yanındakı terrorçular "canlı bomba"nı təbrik ediblər.

Sonra həmin "canlı bomba" sükan arxasına oturub, partladıcı maddə yüklü maşını İraq ordusunun mövqelərinə tərəf sürüb.

http://daytube.az/az/videos/36611/