backend

Sakinlər yol polisinə etiraz edir: Yollar bağlandı, saxlanılanlar var - VİDEO

Sakinlər yol polisinə etiraz edir: Yollar bağlandı, saxlanılanlar var - VİDEO















Saatlı sakinləri bu rayona yeni təyin olunan polis rəisi müavinin fəaliyyətinə etiraz olaraq ticarət mərkəzinin qarşısında avtomobil yolunu bağlayıblar.

Bizimyol.info xəbər verir ki, sakinlərin etirazına səbəb yol kənarında, xüsusən bazarın ətrafında dayanan nəqliyyat vasitələrinin kütləvi şəkildə dayanma və ya durma qaydalarını pozmaq adı ilə polis şöbəsinə aparılmasıdır. Aksiya yerinə gələn rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov etirazçılarla görüşüb. İcra başçısı etirazçılara tələblərinin nəzərə alınacağına vəd verəndən sonra avtomobil yolu açılıb. Lakin, təxminən 20 dəqiqə sonra yenidən nəqliyyat vasitələrinin şəkli çəkilərək həmin avtomobillərin bir hisssəsi cərimə meydançasına aparılıb.

Aksiyaçılardan birinin Bizimyol.info-ya verdiyi məlumata görə, hadisələri qeydə alan jurnalist saxlanılaraq şöbəyə aparılıb.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə sorğu ilə müraciət edilib. Sorğuya qısa zaman ərzində cavab veriləcəyi bildirilib.