backend

308 saylı orta məktəbdə rüşvət tüğyan edir - Prezidentin nəzərinə

308 saylı orta məktəbdə rüşvət tüğyan edir - Prezidentin nəzərinə























Yasamal rayonu ərazisində yerləşən 308 nömrəli orta məktəbdə bazar açılıb.

Özbaşınalıqlardan təngə gələn şagirdlər və onların valideynləri uşaqları ilə birlikdə Bia.az saytının redaksiyasına şikayət ediblər.

Şikayətçilər bildirilər ki, bu məktəbdə səhər növbəsində dərs keçmək üçün gərək sinif 450 manatı təşkil edib direktora versin. Sinifin adı “a”, “b” olması üçün gərək hər şagirddən 30 manat yığılıb yenə direktora verilməlidir. Xüsusi müəllimin (yəni, yaxşı tədris porqramını həyata keçirə bilən şəxs) sinifdə dərs deməsi üçün 100 manatdan direktora “hörmət” edilməlidir. Hətta təbaşir pulu, süpürgə pulu da yığılır. Uşağını bu məktəbdə oxutmaq istəyən valideyn ayda 50-100 manatadək xərc çəkməlidir.

Bia.az olaraq, məktəbin direktoru Təranə Məmmədova ilə əlaqə saxladıq. O bizə cavabında: “Nə edirəm əcəb eləmişəm, gedin hara deyirsiniz deyin” Təhsil Nazirliyinə haqq verirəm. Üstəlik hədə-qorxu gəlir ki, bizim uşaqları nəzarətdə saxlayacaq, məktəbi bitirəndən sonra başlarına oyun açacaq.

308 nömrəli orta məktəbin direktoru Təranə Məmmədova ilə bağlı bütün rüşvətxorluq əməllərinin faktları ilə birlikdə sizin diqqətinizə çatdıracağıq. Bizi izləyin...

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.