backend

Sevinc Allahverdiyeva:"Jurnalist qələminə hörmət etməlidir, ağı-ağ, qaranı-qara yazmalıdır" - TƏKZİB

Sevinc Allahverdiyeva:"Jurnalist qələminə hörmət etməlidir, ağı-ağ, qaranı-qara yazmalıdır" - TƏKZİB
Bir neçə saytda Sabunçu rayonu Aydınbəyov küçəsi 9 ünvanında yerləşən 215 saylı tam orta məktəbin direktoru Sevinc Allahverdiyava barədə tənqidi yazı dərc olunmuşdur.Tənqidi yazıda məktəb direktorunun rüşvətxorluğu ön plana çəkilərək o şagirdlərdən, onların valideynlərindən, hətta məktəbin müəllimlərindən belə rüşvət tələb etdiyi qeyd olunur.Bildirilir ki, məktəbdə tədris prosesinin səviyyəsi aşağı vəziyyətdədir.1-ci, 9-cu, 10-cu və 11-ci siniflərdə şagirdlərin davamiyyəti bərbad haldadır.Ali məktəblərə repetitor yanında hazırlaşan şagirdlər direktorla nəyinsə qarşılığında razılaşıb dərsə gəlmirlər.

Məktəbin direktoru Sevinc Allahverdiyeva Qaynarxett.az-a bu barədə ətraflı məlumat verib: "Müəyyən saytlarda rəhbəri olduğum 215 saylı tam orta məktəbin fəaliyyəti barədə tənqidi material dərc olunub. Bildirmək istəyirəm ki, tənqidi məqalədə göstərilən faktlar tamamilə uydurma, şər və böhtandandır. İnformasiya verən mənbə göstərilmədiyi halda saytlar qərəzli mövqe tutaraq bizim uğurlu fəaliyyətimizə kölgə salır. Əvvəla qeyd edim ki, Sabuncu rayon İcra Hakimiyyətinin, xüsusilə İH Başcısı cənab Adil Vəliyevin diqqət və qaygısını həmişə üzərimizdə hiss edirik. Biz rayonda kecirilən tədbirlərdə yaxından iştirak etməklə adımız həmişə qabaqcıl məktəblər sırasında cəkilir. Belə oldugu halda yazıda qeyd olunur ki, guya mənim məktəbə direktor təyin olduğum müddətdən sonra məktəb öz əvvəlki şöhrətini itirib, yəni əvvəlki tədris prosesinin keyfiyyəti aşağı düşüb. Guya mən hər ay valideynlərdən və şagirdlərdən, hətta müəllimlərdən belə pul yığıram, özümə məktəbdə təmtəraqlı ad günü kecirmişəm. Bu qədər yalan olar? Bir daha qeyd edirəm ki, məqalədə göstərilən faktlar tamamilə əsassızdır, kimlərinsə sifarisi ilə yazılıb. Araşdırma aparmadan qərəzli mövqe tutaraq fəaliyyətimizə kölgə salacaq yazılar dərc etmək jurnalıst peşəsinə yaraşmır. Jurnalist qələminə hörmət etməlidir, ağı-ağ, qaranı-qara yazmalıdır."

Qaynarxett.az