backend

DSMF-nin Saatlı rayon şöbəsinin müdiri Hafiz Miriyev haqqında bir neçə kəlmə söz

DSMF-nin Saatlı rayon şöbəsinin müdiri Hafiz Miriyev haqqında bir neçə kəlmə söz
Cəfakeş insan, dəyərli fond müdiri Hafiz Miriyev
Müstəqil Azərbaycanımıza xidmətləri ilə tövhə verən cəfakeş insan, dəyərli ziyalı Hafiz Niftalı oğlu Miriyev xalqına xoş, firavan həyatı, işıqlı gələcəyi naminə çalışır. Vətən torpağında azad nəfəs alan vətənpərvər kimi öz dövlətini qlobalaşan dünyanı sivil ölkələri sırasında görmək istəyir. Soy kökünə arxalanıb keçmişini unutmuyub. Mənəviyyatımızın yüksəlişinə çalışır və Saatlıda böyük nüfuza malikdir. Millətini sevən müdrik insandır. Hafiz Miriyevin müdrikliyi onun işgüzarlığında mükəmməl təhsilində və sədaqətindədir. Geni, tərbiyəsi, şəxsi iradəsi saf və güclü olan bu insan əsl şəsiyyətdədir. Hafiz Miriyevin həyat amalı vətəndaşlara xoş niyyətlə xidmət etməkdir. Onu yaxından tanımaq üçün həyat yoluna qısa bir körpü edək. Hafiz Miriyev 1965-ci il oktyabrın 30-da Saatlı rayonunda anadan olub. 1981-ci ildə orta məktəbi bitirdikdən sonra Təmit-Tikinti İdarəsində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1984-cü ildə Bakı Dövlət Universitetinin “Mühasibatlıq və Maliyyə Uçot” fakültəsində ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra Hafiz Miriyev bir sıra idarə və təşkilatlarda kiçik mühasib, 2008-ci ildə isə pensiya fondunda baş mühasib işləyib. Artıq 7 ilə yaxın olar ki, Hafiz Miriyev fondun müdiri vəzifəsində çalışır. O, Saatlı sakinləri arasında sosial təminat və iqtisadi biliklərin yayılmasında qabiliyyət göstərməklə bacarığını əsirgəmir. Hafiz Miriyev həmçinin gözəl başçısıdı. Hafiz Miriyevi hamı əsl vətənpərvər, nəcib, xeyirxah və təvazökar insan kimi tanıyırlar. Son illər ölkəmizdə dinamik xarakter alan siyasi və iqtisadi uğurlar cəmiyyətimizdə baş verən mühüm dəyişikliklər bütün sahələrdə olduğu kimi əmək və əhalinin sosial müdafiəsi sahəsində də nəzərə çarpacaq ciddi islahatların həyata keçirilməsini zəruri edib. Bunun nəticəsidir ki, Azərbaycan respublikasında sivil Avropa dəyərlərinin əsas verən sosial müdafiə təminatı sistemi yaradılıb və bu yöndə islahatların davam etdirilməsi ənənə halını alıb. Hafiz Miriyev vurğulayır ki, vətəndaş cəmiyyətində əhalinin pensiya təminatında əldə olunan nailiyyətlər yeni inkişaf mərhələsinə qədəm qoyur.
Bəli, dövlətimizin qanunlarına daima hörmətlə yanaşan tələbkarlığı və ciddiliyi ilə fərqlənən Hafiz Niftalı oğlu Miriyev sözün həqiq mənasında vətənə, dövlətə layiq əsl vətəndaş və ziyalıdır. Mənalı ömür yaşamaq, gərəkli peşə sahibi olmaq doğurdanda böyük iftixar hissidi. Dünəninə bağlananda fəxr edirsənsə deməli zəhmətin hədər olmayıb. Bu səbəbdəndə Hafiz Niftalı oğlu Miriyevə ancaq xoş arzular söyləmək olar. Uzun ömür can-sağlığı daha böyük uğurlar qazanması əsas diləyimizdir.
İlham Süleymanov