backend

Trampdan hərkəsi təəccübləndirən qərar — Onu dəstəkləməyən qadınlara vəzifə verdi

Trampdan hərkəsi təəccübləndirən qərar — Onu dəstəkləməyən qadınlara vəzifə verdi












ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp onu dəstəkləməyən iki qadına vəzifə verib.

Seçki kampaniyası dövründə Trampı dəstəkləməyən və tənqid edən Cənubi Karolina valisi Nikki Haley BMT-nin səfiri təyin edilib.

Haley Hindistandan köçmüş bir ailənin övladıdır və Trampı tənqid edənlərdən sayılır. 44 yaşlı siyasətçi ABŞ-ın ən cavan valisi titulunu da daşıyır.

Seçki kampaniyası dövründə Haley Trampın "Müsəlmanların ABŞ-a girişi qadağan edilsin" təklifini sərt şəkildə tənqid etmişdi.

Bundan başqa, Donald Tramp Betsi Dedevosu da təhsil naziri vəzifəsinə təyin edib. Dedevos Respublikaçılar partiyasının namizəd seçkilərində Trampı yox, onun rəqibləri Karli Fiorina, Marko Rubio və Ceb Başı dəstəkləmişdi.

Trampın fikrinə görə, Betsi təhsilin müdafiəçisi olacaq və bürokratik sistemi ortadan qaldıracaq. Amma onun bu qərarı ölkənin həmkarlar ittifaqının etirazına səbəb olub. Milyarder Betsinin təhsil naziri postuna gətirilməsi dövlət təhsilinin özəlləşdirilməsi və peşəkarlıqdan uzaq addım kimi qiymətləndirilib.

Qeyd edək ki, Dedevosun həyat yoldaşı nəhəng kosmetika şirkətinin sahibidir və 5 milyard dollar sərvəti var.