backend

Qəbələdə dəhşət: ailə yığışıb gəlini öldürdü - ŞOK VİDEO

Qəbələdə dəhşət: ailə yığışıb gəlini öldürdü - ŞOK  VİDEO

Qəbələdə dəhşət: ailə yığışıb gəlini öldürdü - İDDİA

Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Kürd kəndində qeydə alınıb.

Kənd sakini 1985-ci il təvəllüdlü Verdiyev Xəyal Xaliq oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, üç uşaq anası və hamilə olan 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. 25 yaşlı Səbinə Verdiyevanın qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub. Səbinə Verdiyevanın atası Məzahir Cabbarov APA TV-yə açıqlamasında deyib ki, qızı boğulmayıb, xüsusi amansızlıqla, küt alətdən və bıçaqdan istifadə edilərək qətlə yetirilib. Bunu Səbinə Verdiyevanın bədənindəki kəsilmiş-deşilmiş yaralar da sübut edir. Məzahir Cabbarov iddia edir ki, qızını tək kürəkəni Xəyal Verdiyev deyil, kürəkəninin atası Xaliq Verdiyev və anası Dürdanə Verdiyeva birgə qətlə yetiriblər

Məzahir Cabbarov qeyd edib ki, qızının həyat yoldaşının atası Xaliq Verdiyev və anası Dürdanə Verdiyeva gənc ailənin dağılmasını istədiklərini heç vaxt gizlətməyiblər



Məzahir Cabbarov bu ilin mart ayında amansızlıqla döyülərək burnu sındırılan qızının yaralı vəziyyətdə çəkilmiş fotoşəkilini polisə təqdim edib, tədbir görülməsini istəyib



Məzahir Cabbarov bildirib ki, qızı sakit, ailəcanlı olub və kənddə də hər kəs bunu təsdiq edə bilər



Qeyd edək ki, hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.