backend

Heydər Əliyevin dövründə məmurlar kostyumu qorxa-qorxa alırdılar - Əli Əliyev

Heydər Əliyevin dövründə məmurlar kostyumu qorxa-qorxa alırdılar - Əli Əliyev

















“MTN, Rabitə Nazirliyi, Beynəlxalq Bank işlərilə bağlı məhkəmə prosesləri bir daha göstərir ki, Azərbaycan hakimiyyəti daxilən aşınmış, dağılmağa doğru gedən orqanizmə bənzəyir”.

Bunu redaksiyamıza açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, nəzarətsiz milyardlara sahib olan oliqarxların hakimiyyət iddialarının olması, onların öz varidatlarını qorumaq üçün başqa dövlətlərdən dəstək umması təbiidir: “Heydər Əliyev dönəmində məmurlar özlərinə kostyum alanda eyni rəngdə alırdılar ki, kostyumlarını tez-tez dəyişdikləri hiss olunmasın. Biz dəfələrlə Heydər Əliyevin hakimiyyəti dövründə müxtəlif nazirlərin, məmurların tənbeh edilməsinin şahidi olmuşuq. Bu isə həm cəmiyyətə toxtaqlıq verib, həm həmin adamların üzərində nəzarətin təmin olunmasına səbəb olub.

Təəssüflər olsun ki, son 13 ildə bir növ yoldaşlıq münasibətləri nümayiş etdirilərək prezident İlham Əliyev öz komandasını bir növ ərköyün edib. İndi açıq surətdə məlum olur ki, Azərbaycanda nazir ABŞ kimi superdövlətin prezidentinin aldığı illik maaşı az qala bir ayın içində xərcləyirmiş. Belə bir şəraitdə bizim məmurların təbii ki, beynəlxalq əlaqələri, beynəlxalq istəkləri mövcuddur, hakimiyyətə təzyiq göstərmək üçün o əlaqələrdən istifadə etməsi də var. Parlamentdə müxtəlif məmurların deputatları var. Onların davranışını izləsəniz görərsiniz ki, onlar öz himayədarlarının mövqeyini ifadə edir. Kimisi Rusiyanı müdafiə edir, kimisi Azərbaycanı Avrasiya İttifaqına sürükləyir, kimisi çox ürkək şəkildə də olsa Qərbə meyllilik nümayiş etdirir, kimisi İranla, kimisi Türkiyə ilə münasibətləri təbliğ edir. Azərbaycanda 5-ci kalonun haqqında söhbətin getməsi təbii qiymətləndirilməlidir”.