"WhatsApp"da YENİLİK: mesajı səhv göndərmisinizsə...
1 084
"WhatsApp" səhvən göndərilən mesajların silərək, dəyişdirdikdən sonra təkrar göndərilməsinə şərait yaradacaq.
Technote.az xəbər verir ki, bir müddət əvvəl videozəng tətbiqini aktivləşdirən "WhatsApp" çoxlarının gözlədiyi daha bir xüsusiyyəti əlavə edəcək.
Belə ki, istifadəçilər bu yeniliyin tətbiqi ilə istənmədən səhv şəxsə atılan mesajlar ləğv edə, hətta dəyişdirib yenidən göndərə biləcək. Bunun üçün göndərilən mesajın üstünə basılı tutun və "Ləğv Et"i (Revoke) seçin.