backend

Nazir “Binə” və “Sədərək”də maxinasiyaları təftişə çağırıldı - Müdhiş araşdırma

Nazir “Binə” və “Sədərək”də maxinasiyaları təftişə çağırıldı - Müdhiş araşdırma














Deputat Fəzail Ağamalı ticarət mərkəzlərini yenidən hədəfə alıb

Millət vəkili növbəti dəfə “Sədərək” və “Binə” yarmarkalarının rəhbərliyini topa tutub.

Onun sözlərinə görə, hər iki bazarda avtomobillərdən əsassız olaraq giriş haqqı alınır və bu vəsaitlər şəxsi ciblərə axır, vergi ödənilmir.

Sitat: “Azərbaycanda bir çox ticarət mərkəzləri var ki, avtomobillərin saxlanması üçün vətəndaşlardan pul alırlar. Lakin orada yığılan pullar büdcəyə deyil, ciblərə gedir”.

Onun sözlərinə görə, bu məsələni artıq neçənci dəfədir qaldırır, ancaq nəzərə alan yoxdur:

“Bu gün “Sədərək”, “Binə” kimi iri ticarət mərkəzləri var və burada maşını az-çox saxlamasından və maşın sahibindən asılı olmayaraq, konkret vahid pul ödənilir. Gün ərzində minlərlə maşından pul alınır. Axı, gün ərzində alınan bu qədər pul hara gedir?! ”

Millət vəkili əlavə edib ki, bildiyi qədər ticarət mərkəzləri tərəfindən yığılan bu pullar dövlət büdcəsinə getmir.

F.Ağamalı onu da bildirib ki, bu iki ticarət mərkəzinin adını misal kimi çəkib:
“Ancaq bu gün Bakı şəhərində xeyli sayda irili, xırdalı ticarət mərkəzi var və onların qarşısında parklama işləri aparılır.

Lakin bu parklamadan əldə edilən gəlirlər də büdcəyə getmir. Şəxsi ciblərə axır. Odur ki, biz bu məsələyə ciddi yanaşmalıyıq.

Həmin formada parklanmadan hər gün kifayət qədər gəlir əldə edənlərin pulları, vergiləri dövlət büdcəsindən niyə yayınsın ki?! Əgər bu hallar qanuniiləşdirilərsə, o zaman büdcəyə də xeyli vəsait daxiil olar”.

Politika.Az araşdırıb ki, Vergilər Nazirliyi tezliklə hər iki yarmarkada araşdırmalara başlamalıdır.

Bazara girişin pullu olması qanunsuzdur. Hər gün külli miqdarda vəsait vergidən yayındırılır. Hər iki yarmarkanın sahibi maşınların parkı üçün yığılan vəsaitlərin hara getdiyini açıqlamır və hesabatını vermir.

Sürücülər vergilər naziri Fazil Məmmədova çağırış edərək müfəttişləri hər iki yarmarkaya göndərməyi təklif ediblər. Nəqliyyat Nazirliyinin balansında olan maşınlardan başqa bütün maşınların bazara girməsi 50 qəpikdir.

Gün ərzində “Binə”yə yüzlərlə maşın girir. Işlək olan dükanların sayı 2000-dir. Əksər dükan sahiblərinin maşını var.

Bundan başqa, nə qədər alıcı şəxsi maşını ilə bazara təşrif buyurur. Orta hesabla bazara gündə 3000-dən çox maşın gəlirsə, bu, günə 1500 manat, aya 45 min manat deməkdir.

Bu qədər pulun hara getdiyi isə bilinmir. Çünki pulu ödəyəndə sürücüyə heç bir qəbz verilmir. Yazdığımız bu fakt “Binə” sahibinin ən az məbləğli maxinasiyasıdır. “It-bata” düşən pulların miqdarı hələ öndədir.