Əhaliyə Son Dəqiqə Müjdəsi - 1 dollar 2.50 manat oldu
9 399
Bakıda dollar artıq çayxanalarda satılır - 2,5 manata
Hökumətin “qara bazar” əməliyyatından sonra dollar mübadiləsi piştaxtaların altına enib. Ancaq “qara bazar” yenə də fəaliyyət göstərir
Hal-hazırda “qara bazar” iştirakçıları dollar satışını ən yaxın adamları vasitəsilə müştəri tapmaqla həyata keçirir. Vəziyyət təhlükəli olduğundan dolların qiyməti də kifayət qədər yüksəkdir.
Belə ki, artıq 1 dollar 2.50 manata təklif olunur. Dollar alış-verişi isə xırda iaşə obyeklərində aparılır. Dollara tələbat yüksək olduğundan kimin dollar satmaq, almaq istəməsi xəbəri çox surətlə yayılır.
Dolların bu dərəcədə dəyər qazanmasının əsas günahı isə banklardadır. Çünki banklar dollar satışı həyata keçirmir. Bu da “qara bazar”ın hər bir halda fəaliyyətini bərpa etməsini təmin edir.
Ekspertlər bildirirlər ki, banklar dollar satışını bərpa etməsə, “qara bazar” yenidən öz fəaliyyətini davam etdirəcək.