backend

İşdən çıxan xanımdan müəssisə rəhbərinə ittihamlar

İşdən çıxan xanımdan müəssisə rəhbərinə ittihamlar















Vətəndaş Rəcəbova Esmira Yadulla qızı kadr üzrə ekspert vəzifəsində çalışdığı "Real 3” müəssisəsinin direktoru Murad Məmmədovun şəxsi görüş təkliflərinə razılıq vermədiyi üçün işdən azad olunduğunu iddia edir. O pozulmuş hüqunun bərpasını tələb edir. Bu barədə "Bizim Yol”a E.Rəcəbovanın özü bildirib.

"09.03.2016-ci il tarixində liftlərə texniki xidmət göstərən bu müəssisədə işə qəbul olundum. "Real 3” müəssisəsinin direktoru cavan şəxsdir. Atasının hesabına şirkət qurub rəhbər olub. Son iki-üç ayda ailəli olan Murad Məmmədov məni yeməyə, çaya dəvət etməyə başladı. İşdən əldə edilən gəlirləri bara, klublara xərcləyir, işçilərin maaşını vermir.

Mən onun hər dəfə yemək təklifinə bir bahənə ilə "yox” cavabını verirdim. Məni işdə qaranlığa kimi saxlayırdı. Guya iş vardı. Sonra isə Murad Məmmədov mənə "qaranlıqdır, səni aparım” deyirdi. Son dəfə isin dekabrın 3-də, bu ayın ilk şənbə günündə məni yeməyə dəvət etdi, mən yenə ona "yox” dedim. Bu cavabımdan sonra mənə "mən səni adam bilmişəm,.. özünə iş axtar” dedi. Mən özümə hörmət edən qadınam. Həftənin birinci günü müəssisəyə gəlib işdən çıxmağımla bağlı ərizə yazdım. Dekbarın 5-də işdən azad olundum”,-deyə E.Rəcəbova bildirib.

Azərbaycan Dövlət Pedaqoji Universiteti tarix fakültəsinin məzunu olan E.Rəcəbov deyir ki, 5 il müəllimə olaraq, 10 il kadr sahəsində mütəxəssis olaraq çalışıb.

"Mənə qarşı olan təzyiqlərin, şantajın, ümumiyyətlə hüququmun pozulması ilə bağlı əlimdə sübutlar var. Mən hələlik həmin faktları ictimailəşdirmirəm. Bu sübutları müraciət edəcəyim müvafiq dövlət qurumlarına təqdim edəcəm. Baxmayaraq ki, şikayət etməməyim tapşırılıb. Onun Rövşən adlı sürücüsü mənə əmək kitabçasını və maaşımı verəndə bildirdi ki, əgər hüququmu müdafiə etməyə başlasam, məndən polisə şikayət edəcəklər. Guya mən onu şantaj etmişəm”,-deyə E.Rəcəbova bildirir.

Şikayətçi Esmira Rəcəbovanın iddiası əsaında M.Məmmədovla əlaqə saxladıq. O, özünə qarşı olan ittihimları qəbul etmədi: "Üstəlik, özü ərizə yazıb işdən çıxıb. Ona təzyiq olmayıb”.