backend

Fazil Mustafadan Xalqı ŞOKA salan təklif

Fazil Mustafadan Xalqı ŞOKA salan təklif














Deputatdan şok təklif: “Azərbaycan silahlanma prosesini davam etdirməlidir” - ÖZƏL

Fazil Mustafa: “Qarabağ probleminin yeganə həlli yolu hərbdir”

Daha bir il başa çatmaq üzrə olsa da, Qarabağ probleminin həlli problemi ölü nöqtədən tərpənmiş deyil. Silahlanmaya milyonlarla manat vəsait sərf edən Azərbaycan hələ ki, gözləmə mövqeyindədir. Baxmayaraq ki, bəzi millət vəkilləri, siyasilər zamanın ölkəmizin əleyhinə işlədiyi qənaətindədir.

Maraqlıdır, Qarabağ probleminin hərbi yolla həlli perspektivi hələ də qalırmı? Əgər belə bir perspektiv yoxdursa, o zaman silahlanmaya bu qədər vəsait sərf etməyə ehtiyac varmı?

Politika.Az-a açıqlama verən millət vəkili Fazil Mustafa silahlanmanın davam etdirilməsinin zəruri olduğunu vurğuladı:

“Hesab edirəm ki, Qarabağ probleminin yeganə həlli yolu hərb yoludur. Yalnız bu yolla işğaldakı torpaqları azad etmək mümkündür. Ona görə də, silahlanma prosesini davam etdirmək lazımdır. Çünki işğaldakı torpaqları azad etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün bizim güclü orduya ehtiyacımız var”.