backend

Terroru dəstəkləyən azərbaycanlı biznesmen kimdir? - Araşdırma (Foto)

Terroru dəstəkləyən azərbaycanlı biznesmen kimdir? - Araşdırma (Foto)

“Azərsun”un mətbuat katibi: “Arzuman Məmmədovun yazdığı ştat bizim holdinqdə yoxdur və o, 3 il əvvəl bizdə ştatdankənar işləyib, sonra çıxarılıb”

Bu günlərdə Türkiyədə gecə klubuna olan terror hücumundan və “Reina” klubunda həmvətənimiz Nuranə Həsənovanın da öldürülməsi xəbərindən sonra, sosial şəbəkələrdə qızğın müzakirələr başladı.

Terroru dəstəkləyən azərbaycanlı biznesmen kimdir? - Araşdırma (Foto)
Bəzi istifadəçilərin terror qurbanları haqqında ağır ifadələr işlətməsi intellektual təbəqənin təəccüb və qəzəbinə səbəb oldu. Hətta sosial şəbəkələrdə özünü iş adamı, ziyalı və müəllim kimi təqdim edən bəzi şəxslər açıq şəkildə terrora haqq qazandırdı, gecə klubunda terror qurbanı olan xanımları “sürtük qadın” adlandırmaqdan belə çəkinmədi.

“Terror qurbanlarının əxlaqını təhlil edənlər” başlıqlı yazıda da bu tip insanlar barədə söz açmış, terrorun hər şəkildə lənətlənməli olduğunu bildirmişdik. Bu günlərdə sosial şəbəkədə Arzuman Məmmədov adlı iş adamının Bahar Ramazanova adlı bir xanımla mübahisəsinin “skrinşot”u yayıldı.


Terroru dəstəkləyən azərbaycanlı biznesmen kimdir? - Araşdırma (Foto)
Açıq şəkildə terrora haqq qazandırdığını ifadə edən qalstuklu-kostyumlu iş adamının profilindəki informasiya isə bir çox sosial şəbəkə istifadəçisinin təəccübünə səbəb oldu. Belə ki, özünü “Ukr Group Company” LLC –də baş direktor kimi təqdim edən və Ukraynanın Kiyev şəhərində yaşadığını yazan bu şəxsin anketində “Azərsun” Holdinq prezidentinin baş müşavirinin müavini olduğu da qeyd olunub. Həmçinin, bu şəxs “Caspian Development & Management Group” adlı şirkətdə baş direktor işlədiyini də qeyd edib.
Terroru dəstəkləyən azərbaycanlı biznesmen kimdir? - Araşdırma (Foto)

Arzuman Məmmədovun özünə bu məsələ ilə bağlı suallarımızı yazsaq da, hələ cavab ala bilməmişik. Habelə, “Caspian Development & Management Group” şirkətinin səhifəsinə də yazmışıq, ordan da cavab verilməyib. Lakin məsələ ilə bağlı Qafqaznews.az-ın sorğusuna “Azərsun”un mətbuat katibi Afiq Səfərov həssas yanaşdı. A.Səfərov qısa müddətdə araşdırma apardıqdan sonra, əməkdaşımıza bildirdi ki, əvvəla, “prezidentin baş müşaviri” ştatı holdinqdə yoxdur.

Terroru dəstəkləyən azərbaycanlı biznesmen kimdir? - Araşdırma (Foto)

“Bizdə müqavilə əsasında işləyən, ayrı-ayrı sahələr üzrə müşavirlər olur. Arzuman Məmmədov da, vaxtilə bizdə müşavir işləyən şəxsin ştatdankənar köməkçisi olub, 3 il əvvəl işdən çıxarılıb. Yazdığı fikirlərə baxıram, özüm təəccüb edirəm, Allah qorusun. Bu cür fikirləri cəmiyyətdə təbliğ etmək çox təhlükəlidir. Ümumiyyətlə, bizim holdinqdə 12 mindən çox insan işləyir. Hər kəsin ideoloji mənsubiyyətinə nəzarət etmək çətindir. Lakin biz hər kəsə bildiririk ki, işə gələrkən, hər hansı partiya və ya ideologiyaya aid “şinel”iniz hasarın o tayında qalmalıdır. “Azərsun”da hər hansı qrupların ideoloji təbliğat aparmasına imkan verilmir. Hər halda, bu cür düşünən şəxslərə başa salmaq, maarifləndirmək lazımdır”, – deyə Afiq Səfərov bildirdi.
Terroru dəstəkləyən azərbaycanlı biznesmen kimdir?
Göründüyü kimi, kimlərsə öz “portfolio”larına təntənəli sözlər, təqdimatlar yaza bilərlər. Amma cəmiyyətdə özlərini ifadə edərkən, bütün təntənə və təqdimat uçub gedə bilər.

Sözardı: Arzuman Məmmədovun Dövlət Gömrük Komitəsinin ünvanına təhqiramiz sözlər yazdığı bir paylaşıma da rast gəldik. Məlum oldu ki, hörmətli iş adamı ölkəyə bəyannamə ilə gətirilən pulun bəyannaməsiz gətirilən puldan fərqini hələ anlamayıb.