backend

SON DƏQİQƏ: Ermənistanda ZƏLZƏLƏ - ALƏM BİR-BİRİNƏ QARIŞIB

SON DƏQİQƏ: Ermənistanda ZƏLZƏLƏ - ALƏM BİR-BİRİNƏ QARIŞIB

Ermənistanda yeni Qarabağ müharibəsinin başlanması qorxusu yaşanır.

Publika.az xəbər verir ki, Ermənistan mediası son günlər “ikinci müharibə dayandırıldı, üçüncüsü olacaqmı?” məsələsi ətrafında müzakirələr aparır.

Erməni jurnalist Aram Amatuni yazır ki, aprel müharibəsindən sonra atəşin dayandırılması müvəqqətidir: “Dünyada baş verən geosiyasi proseslər fonunda Dağlıq Qarabağda yeni müharibənin olacağı ehtimalı artır. Apreldə baş verən müharibə Ermənistanın ən zəif tərəflərini ortaya çıxartdı. Müharibə 4 gün yox, daha çox davam etsəydi, nəticənin bizim üçün necə olacağını təsəvvür etmək çətindir. Azərbaycan müharibə variantını kənara qoymayıb, hətta bunun üçün ona nə qədər təzyiq edilsə də, hər an tətikdədir. Ermənistan isə baş verənlərdən heç bir nəticə çıxarmır”.

Erməni jurnalist prezident Serj Sarkisyanı tənqid edərək, onu acizlikdə günahlandırıb.

“Cəsur və qürurlu Əliyevi növbəti dəfə dayandırmaq mümkün olmayacaq”, - deyə erməni jurnalist etiraf edib.

“Lragir” saytı da Qarabağda müharibənin yenilənməsi məsələsini gündəmə gətirib. Sayt iddia edib ki, yeni müharibədə Türkiyə daha aktiv iştirak edəcək. Rusiya əvvəlki kimi neytral qalacaq.


“2016-cı il Ermənistanın xarici siyasətində ciddi böhran yaşandı”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanda strateji və milli tədqiqatlar mərkəzinin direktoru, politoloq Manvel Sarkisyan deyib.

Onun sözlərinə görə, artıq dünyada köhnəlmiş mexanizmlər aradan qaldırılır: “Lakin heç kim nə baş verəcəyini bilmir. Əgər 1990-cı illərdə II Dünya Müharibəsinin nəticələrinə yenidən baxılırdısa, indi I Dünya Müharibəsi dövründəki vəziyyət yaranıb. Dövlətlər, sərhədlər yox olur, münasibətlər haqqında danışmaq çətinləşir. Hamı üçün yeni dövr başlayır. Biz nə vaxt şəxsi problemlərimizi araşdırmağa başlayırıq, eyni çətinliklə qarşılaşırıq. Ermənistan aprel müharibəsindən sonra Qarabağ məsələsinə yeni yanaşmanı qoya bilmədi. Qarabağ məsələsində və diplomatik planda artıq nəsə etməyi bacarmırıq. Ermənistan rəhbərliyi aprel müharibəsindən sonra yalnız gülüş hədəfinə çevrildi. Biz məğlub olmuşuq”.

M.Sarkisyan Levon Ter-Petrosyanın “Qarabağ məsələsi Ermənistanın inkişafında əsas əngəldir” deyə bildirdiyi fikirlərə də münasibət bildirib.

“25 il boyunca biz bildirmişik ki, Qarabağ münaqişəsi və erməni-türk əlaqələri Ermənistan üçün çətinlik yaradır. 25 il boyunca biz şüurlu şəkildə anlamışıq ki, bu məsələlər həllini tapmalıdır. Yerdə qalan məsələlər ikinci dərəcəlidir. Lakin əsas məsələ Ermənistanda dövlət quruluşunun da, müstəqillik bəyannaməsinin də, hətta konstitusiyanın da saxta olmasıdır. Bu baxımdan, kimlərsə əsas problemin Dağlıq Qarabağ münaqişəsi, kimlərsə Serj Sarkisyan, kimlərsə siyasi partiyaların olduğunu deyə bilər. Lakin məsələ 25 ildə bizim normal dövlət qura bilməməyimizdədir”, - deyə o bildirib.

"Ötən il Ermənistanı 60 min nəfər tərk edib. Bu rəqəmlər əvvəlki ilin göstəricilərindən çoxdur". Bu sözləri "Ermənistan xəbərləri" portalına Ermənistan parlamentindəki Erməni Milli Konqresi fraksiyasının katibi Aram Manukyan deyib.

Onun fikrincə, 60 min insanın ölkəni tərk etməsi 2016-cı ildə Ermənistan üçün ən böyük itkidir. "Həmçinin 2 aprel hadisələri ilin ağrılı səhifəsi oldu. Təəssüf ki, hakimiyyət bundan heç bir dərs götürmədi" – deyə deputat bildirib.

Aram Manukyan qeyd edib ki, Ermənistan Polisinin PPX alayının ərazilərinin bir qrup insan tərəfindən nəzarətə götürülməsi düşüncəsiz addım idi. Amma hər halda o xalq etirazının dalğası oldu.

"2016-cıda həmçinin yeni hökumət formalaşdırılmışdı, hansı ki, əvvəlcə ümid cücərtiləri oyatdı. Lakin insanları çox tez məyus etdi. Bu Hökumət heç özünü də arxayın etməyən büdcəni təqdim etd. Bu son 25 il ərzində ən pis büdcədir. Həmçinin nə pensiya, nə də maaşlar artırılıb", - deyə deputat
bildirib.

Bu gün yanvarın 7-də Ermənistanın Azərbaycanla sərhəd Qexarkunik vilayətində atışma baş verib.

virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, silahların tətbiq olunduğu insident zamanı vilayətin vitse-qubernatoru Andranik Akobyanın oğlu Ayk Akobyan öldürülüb. Ona atəş açan şəxsin kimliyi, silahlı insidentin digər iştirakçıları haqda məlumat verilmir. Qubernatorun 28 yaşlı oğlu xəstəxanaya çatdırılanda artıq ölübmüş.

Polis məlumatı təsdiqləyib, lakin digər detallar haqda məlumat verməkdən imtina edib.

Qaynarxett.az